Показаны сообщения с ярлыком windows. Показать все сообщения
Показаны сообщения с ярлыком windows. Показать все сообщения

Körpələr üçün kompüter


Salam. Sizə təqdim  edəcəyəim bu proqram  çox maraqlı və  lazımlı bir vasitədir. Belə ki, bu proqramı kompüterinizə  yükləyin. Proqramı açdıqda kopüterin interfeysi olacaq uşaq üçün. Şəkillərdən  də  görə bilərsiniz  ki, proqramın daxilində uşaqlar üçün (6 yaşa qədər) rəngləmə proqramı , məntiq  oyunları, internet, öyrədici, musiqi, diqqət oyunları, klaviatura  və  siçan trenajorları  və s. yer alır. Həmçinin proqramdan  çıxdıqdan  sonra  kompüter  yenidən əvvəlki  vəziyyətinə  qayıdır.

Faylı aşağıdakı linkdən yükləyə  bilərsiniz.  Arxiv faylında  həmçinin aktivləşdirici də  var ki, proqramı daimi istifadə edə biləsiniz.
  




Reestr haqqında

Paint 2003 proqramı.


Əksəriyyətiniz Windows 7 işlədirsiz deyə  kompüterinizdə Paint 2003 yoxdur. O səbəbdən bu  proqramı  paylaşmağı lazımlı  bildim
 

Windows 7 Əməliyyat Sisteminin USB(Flash) yaddaşdan yüklənməsi

windows-7-install1Xoş gördük. Bu məqalədə sizə Windows 7 Əməliyyat Sisteminin USB yaddaşdan yüklənməsi haqda bəhs edəcəm. Çox vaxt əməliyyat sistemini DVD diskimizdən boot edərək yükləyirik. Lakin bəzən elə məqam olur ki kompüterimizin DVD sürücüsü işləmir və ya digər başqa səbəblərə görə əməliyyat sistemini USB yaddaşdan istifadə edərək yükləmək istəyirik. Microsoft Windows 7 Əməliyyat Sistemini USB yaddaşdan boot edə bilmək üçün kiçik bir proqram yazmışdır. Bu proqramın adı Windows 7 USB/DVD Download Tooladlanır.  Proqramı bu linkdən yükləyə bilərsiniz. Bu proqramı Microsoftun rəsmi səhifəsindən kompüterimizə yüklədikdən sonra onu quraşdırırıq(install). Növbəti mərhələdə bizə Windows 7 Əməliyyat Sisteminin ISO image-i lazım olacaq. Sizi yormadan bu mərhələləri ardıcıl şəkildə icra etməyə başlayaq.

Virusların gizlətdiyi faylların normal hala salınması

Salam dostlar. Bu qısa məqaləmdə son zamanlar dostlarımın və internetdə bir çox səhifələrdə istifadəçilərin başına gələn belə bir problemdən yazacam. Mövzumuz fləş yaddaşlarına, xarici və daxili sərt disklərə düşən virusların qovluqları və faylları gizlətməsindən bəhs olunur. Bəzən istifadəçilər həmin qovluqların silindiyini düşünür lakin aşağıda göstərdiyim üsulla həmin qovluq və faylların silinib yoxsa gizlənməsini təsdiq edə bilərik.

İlk işimiz son update (ən yeni baza ilə) olunmuş antivirusla komputerimizi (fləş yaddaş və ya xarici sərt diski) scan edirik… Biz bununla qurğumuzu viruslardan təmizləyirik. Virusları təmizlədikdən sonra belə gizlənmiş fayl və qovluqlarımız bizə görsənməyəcək .

Windows 7 əməliyyat sistemində Windows XP Mode quraşdırılması və sazlanması


Bu məqaləmizdə Sizlərə Windows 7 əməliyyat sistemi üzərində Windows XP Mode-un quraşdırılması haqqında məlumat verəcəyik.  Ola bilər ki, hər hansı bir şirkətin istifadə etdiyi proqram təminatı Windows XP üçün hazırlanmışdır və Windows 7 əməliyyat sistemində istifadə etmək mümkün deyil. Lakin daha yeni və əlverişli məhsul olan Windows 7 əməliyyat sistemindən istifadə etmək istəyirsiniz. Bu halda Windows XP Mode-dan istifadə edərək problemi aradan qaldıra bilərsiniz. Yəni Windows XP üçün hazırlanmış proqram təminatını rahatlıqla Windows 7 üzərində Windows XP Mode quraşdıraraq istifadə edə bilərsiniz. Windows XP Mode Windows XP əməliyyat sistemi üçün hazırlanmış və Windows 7 əməliyyat sistemində dəstəklənməyən proqramları Windows 7 Professional, Enterprise və ya  Ultimate editions olan kompüterlərdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Windows XP Mode Windows Virtual PC üzərində istifadə etmək üçün quraşdırılmış və sazlanılmış Windows XP əməliyyat sistemidir. Windows XP ModeWindows 8 əməliyyat sistemində dəstəklənmir.

Windows 7 bəzi ”Bicliklər” (tricks :)

win7

Microsoftun son əməliyyat sistemi Windows 7 Vistadan fərqli olaraq həqiqətən də çox uğurlu alınıb məncə.Bu yazıda Windows 7-dəki bəzi hoqqaları sizinlə paylaşacağam.

Tam dəstəkli Azərbaycan klaviaturası


Salam.Sizə təqdim edəcəyim faylı komputerinizə yükləməklə,artıq brauzerlərdə və internetdə klaviatura dilini dəyişmədən,Azərbaycan klaviaturasından rahatlıqıa istifadə edə biləcəksiniz.Burada,Azərbaycan klaviaturasında mövcud olmayan “@” və “w” əlavə edilmişdir.Apostrof işarəsi çoxdan dilimizdən çıxdığı üçün onu ləğv edərək, ~ düyməsinə w hərfini yerləşdirdim.dırnaq işarəsini isə 3 düyməsinə köçürdüm. Beləliklə : SHİFT+2 sıxmaqla @ simvolunu,SHİFT+~ düyməsini sıxmaqla isə w hərfini əldə edəcəksiniz.Təlimatlar arxivin içinə yerləşdirilib.Yükləmə və istifadə qaydasını isə sizə şəkillərlə izzah edirəm.

Windows 8.1 açılarkən birbaşa İşçi stol açılsın

1
Salam Əziz dostlar xoş gördük sizləri.Bildiyimiz kimi Windows 7 əməliyyat sistemi açılarkən bizi ilk olaraqİşçi stol qarşılayırdı.Amma təəssüflər olsun ki, Windows 8 əməliyyat sistemində kompüter açılarkən ilk olaraq qarşımıza Metro İnterface-i çıxır.Bundan sonra biz Desktop(İşçi stol) bölməsini Metro İnterface-dən seçərək İşçi stolumuzda müəyyən əməliyyatları yerinə yetirə bilirdik.Windowsun yeni  buraxılışı olan Windows 8.1 əməliyyat sistemidə açılarkən Metro İnterface-i bizi qarşılayır,lakin əməliyyat sisteminin bu buraxılışı bizə imkan verirki biz kompüterə ilk logon olarkən bizi İşçi stol qarşılasın.Bunu etmək üçün aşağıdakı addımları izləyək:

XP və Office2003-ün istifadə müddəti bitir

“Microsoft” şirkətinin rəsmi məlumatına görə, aprelin 8-dən şirkət öz məhsulu olan “Windows XP” sisteminə dəstəyini dayandıracaq. Bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək. Qeyd olunan tarixdən etibarən “Windows XP” sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompyuterləri təhlükə altında olacaq. Sözügedən tarixdən etibarən “Office 2003” proqramlar paketinə də dəstək dayandırılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Windows XP” əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə aprelin 8-dək rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür.

SİSTEM VƏ TƏTBİQİ PROQRAMLAR


 Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür. Proqram təminatı sisteminin yerinə yetirdikləri funksiyalara görə 2 hissəyə bölmək olar:
·        Sistem proqram təminatı
·        Tətbiqi proqram təminatı
Sistem proqram təminatı: kompüterdə informasiyanın emal prossesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təyin edir. Sistem proqram təminatına aşağıdakılar daxildir:

10 dairəsində toplama və çıxma

Salam.  Bu dəfə sizə PowerPointdə 10  dairsəində toplama və çıxma  əməllərinə  aid test təqdim edirəm.

2 in 1

Bu proqram Azercell və Bakcell abunəçiləri üçün yaradılmışdır.
WEBSMS proqramı vasitəsi ilə abunəçilər qeyd edilən operatorlar tərəfindən verilən gündəlik pulsuz web smsləri istifadə edə biləcəklər.

Qeyd: Şifrəmi unutdum və Qeydiyyat seçimləri üçün uyğun indeksi (50,51,55) seçmək lazımdır.

Proqramı  Google playstore-dan yükləyə bilərsiniz.




PoverPointdə kalkulyator

Salam dəyərli  dostlar. Bu dərsdə sizə Poverpointdə  kalkulyator  nümunəsi təqdim edirəm .  Ümid edirəm sizə  maraqlı olacaq. Proqramda  bir sıra riyazi  funksiyalar da  verilib. hansı ki , sadə kalkulyatorlarda  rast gəlinmir. Proqramlaşdırmadan anlayanlara  təqdimatın VB kodlarını da  verə bilərəm :).

Format simulyator

Əslində İndi Windows XP  işlədən demək olar ki  yoxdu. Amma əksəriyyətinizin rastına  köhnə model  kompüterlər  çıxır. Məsələn  məktəbdəki KÜR  kompüterləri. Onları  format etmək  zərurəti hər zaman var. Ona  görə  bu Format simulyatorunu  paylaşıram ki , bəlkə kiminsə  işinə yaradı.
Faylı burdan yükləyə bilərsiniz.

Photopeach-dan bloga foto albom yerləşdirmək

1 -ci addım
İlk öncə təbii ki, photopeach-da fotoalbomunuz  hazır olur.

Lokal şəbəkə

Bu dərsdə sizə lokal şəbəkənin sadə topologiyasını izah edəcəm. Ümid edirəm  işinizə yarayar :)

Daxili planetlər

Riyaziyyat fənn kurikulumuna aid dərs planı





Mircamal Həşimov
Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbinin
Riyaziyyat – İnformatika müəllimi.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi

BaşlıqİKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi
Məkan və TarixBakı
15.11.2013 - 30.12.2013
KateqoriyaMüsabiqələr 

Təsvir

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən üçüncü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.

Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Nəticələrin dekabrda açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edəcəkdir.

Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər iştirak edə bilərlər.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur:
Alim və mütəxəssislər üçün

1-ci yer: 2500 manat (1 mükafat)
2-ci yer: 2000 manat (2 mükafat)
3-cü yer: 1500 manat (2 mükafat)
2. Gənc alimlər (35 yaşadək) üçün
1-ci yer: 2000 manat (1 mükafat)
2-ci yer: 1500 manat (2 mükafat)
3-cü yer: 1000 manat (2 mükafat)

Müsabiqəyə təqdim edilən elmi işlər (məqalə, monoqrafiya) və elmi ideyalar aşağıdakı əsas tələblərə cavab verməlidir:

Elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;
Elmi iş nüfuzlu (SCİ və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;
Elmi işin nəşr olunma tarixi: yanvar 2011-ci il – noyabr-2013-cü il arasında olmalıdır;
Elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;
Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 1-i imzalayır, xaricdən olan həm-müəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa info@elmfondu.azelektron ünvanına göndərirlər);
Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq sənəd və ya bildiriş olmalıdır;
Elmi işlə bağlı internet linkləri (veb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;
Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iş (və ya, eyni müəlliflər qrupu olduğu təqdirdə, göstərilən dövr üçün işlər seriyası) təqdim edilə bilər;
Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif iki dəfə mükafatlandırıla bilməz;
Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
Digər ölkədaxili və ya regional/beynəlxalq müsabiqələrdə iştirak edərək mükafatlandırılmış elmi işlər və elmi ideyalar bu müsabiqədə iştirak edə bilməzlər;

Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir.
Qaliblərin seçimi zamanı nüfuzlu (SCİ daxil olan, impakt faktorlu) jurnal və ya nəşriyyatlarda dərc olunmuş, tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar noyabrın 26-dək qəbul ediləcəkdir.
Müsabiqənin nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.

İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür. Əlaqə telefonu: (012) 563-61-11. Elektron-poçt ünvanı: qrant@elmfondu.az
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger