Показаны сообщения с ярлыком internet. Показать все сообщения
Показаны сообщения с ярлыком internet. Показать все сообщения
“5G” şəbəkəsi ilk dəfə Rusiyada işə salına bilər
Müəllif Unknown
Tarix 08:52
şərh yoxdur
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, birinci “5G” əhatə zonaları Rusiyada artıq 2018-ci ildə işə salına bilər.
“Huawei” və "Meqafon" nümayəndələri bildiriblər ki, “5G” şəbəkələrində buferləşdirməni gözləmədən axın videosunu izləmək mümkün olacaq, həmçinin şəbəkədə yüklənmə və siqnal ötürülməsində ləngimə azalacaq. Şirkətlər razılaşıb ki, "Meqafon"un mütəxəssisləri ilk dəfə rabitə standartının hazırlanmasında iştirak edə və onun texnoloji xüsusiyyətlərinə təsir edə biləcək.
Hesab edilir ki, 2017-ci ildə Rusiyada birinci “5G” sınaq zonaları işə salınacaq və Futbol üzrə Dünya çempionatının başlanmasınadək oyunların planlaşdırıldığı şəhərlərdə artıq bir neçə işçi əhatə zonası olacaq.
Qeyd edək ki, Böyük Britaniyada 2022-ci ildə, Yaponiya və Cənubi Koreyada isə 2020-ci ildə “5G” şəbəkəsinin işə salınması gözlənilir.
Dünyada internetə orta qoşulma sürəti 4 Mbit/saniyəni ötəcək
Müəllif Unknown
Tarix 21:01
şərh yoxdur
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ən sürətli internet Cənubi Koreyadadır. Belə ki, rüb ərzində bu ölkədə internetə orta qoşulmanın orta sürəti 8 faiz artaraq 23,6 Mbit/s təşkil edib. Bu göstərici üzrə Yaponiya (14 Mbit/s) ikinci, Honkonq (13,3 Mbit/s) üçüncüdür.
Ekspertlər bildiriblər ki, internetə orta qoşulma sürətinə görə ilk onluqda yer alan bütün ölkələrdə artım müşahidə olunub. Bu siyahıda, həmçinin İsveçrə (12,7 Mbit/s), Hollandiya, (12,4 Mbit/s), Latviya (12 Mbit/s), İsveç (11,6 Mbit/s), Çexiya (11,2, Mbit/s), Finlandiya (10,7 Mbit/s) və İrlandiya (10,7 Mbit/s) da yer alıb.
Mənfi dinamika müşahidə olunmuş yeganə dövlət reytinqdə səkkizinci yerdə qərarlaşmış Çexiyadır.
İsveçli tələbələrdən maraqlı ixtira
Müəllif Unknown
Tarix 17:40
Google ilə bir əlaqəsi olmayan, lakin isveçli tələbələr tərəfindən bir Google servisi kimi tanıdılan Google Gesture xidməti ilə əlaqədar çəkilən video internetdə izlənmə rekordları qırır. Şagirdlər tərəfindən ortaya atılan xidmət videoda ətraflı şəkildə izah olunur.
Instagram da mesajlaşma rəqabətinə qoşulur?
Müəllif Unknown
Tarix 12:59
şərh yoxdur
Gündən günə inkişaf edən sosial şəbəkə Instagram yeniliklərə davam edir. Bildiyimiz kimi, Instagram 2010-cu ildə təsis edilmiş, 2012-ci ildə isə Facebook tərəfindən 1 milyon dollara satın
Azərbaycan “G-cloud” sisteminə qoşularsa, bizi nələr gözləyir?
Müəllif Unknown
Tarix 21:58
şərh yoxdur
İnformasiya texnologiyaları sənayesinə güclü təsir göstərməkdə davam edən “bulud” texnologiyalarından istifadəyə bütün dünyada maraq artır. Bu marağı və tələbatı qarşılamaq üçün “Google”, “Microsoft”, “Amazon” kimi İT bazarının nəhəngləri fəaliyyətlərini informasiya texnologiyaları və kompüter bazarını arxasınca aparacaq daha etibarlı, mənfəətli “bulud” platformalarının istehsalına yönəltməkdə israrlıdırlar. Ölkəmizdə də “bulud” texnologiyalarına keçid, onların tətbiqinin genişlənməsi aktualdır.
Ölkə ərazisindəki turistlər pulsuz internetlə təmin olunacaq
Müəllif Unknown
Tarix 14:52
şərh yoxdur
2016-cı ilə qədər Yaponiyada xarici turistləri pulsuz Wi-Fi şəbəkəsi ilə təmin olunacaq.Bu qərarın qəbulu ölkəyə gələn turistlərin internet təminatında yaşadıqları problemlə bağlıdır.
Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri NTT və KDDI şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.
Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində Wi-Fi şəbəkələrinə pulsuz qoşulmağa imkan əldə edəcəklər.
Regionlarda İP TV xidməti genişlənir
Müəllif Unknown
Tarix 14:50
şərh yoxdur

Regionlarda İP TV xidməti genişlənməkdədir. NGN şəbəkəsinin genişlənməsi bu xidmətdən istifadə edənlərin sayını artırmaqdadır. “Aztelekom”İB-dən verilən məlumata görə, artıq Şamaxının ardınca Gəncə, Sumqayıt, Göyçay,
Skype-ın son versiyası
Müəllif Unknown
Tarix 10:14
şərh yoxdur
Windows və Mac üçün Skype v6 versiyası istiafdəyə verilib. Facebook Chat inteqrasiyası kimi yeniliklərlə təmin olunan Skype 6-nı endirmək üçün bu.Skype tərəfindən yeni yayımlanan v6 versiya; Windows və Mac üçün Facebook Söhbət inteqrasiyası ilə gəlirkən, eyni zamanda Mac-lərə xüsusi Retina Ekran dəstəyi də təqdim edir. Microsoft tərəfindən satın alındıqdan sonra yenilənən Skype ilə Windows Live Messenger, Outlook.com və Hotmail əlaqələrini köçürmək mümkün olur.
Üstəlik yeni Skype-ı istifadə etmək üçün ayrı bir Skype hesabına da ehtiyacınız yoxdur. Facebook və ya Microsoft giriş məlumatlarınızla daxil olaraq, yeni versiyanı ödənişsiz olaraq endirə bilərsiniz.
"Google Glass"ın həqiqi dəyəri
Müəllif Unknown
Tarix 10:05
şərh yoxdur
«Google»nin gündəmdən düşməyən eynəyi haqqında yeni xəbərlər gəlməyə davam edir. Yayılan son məlumatlara görə çox baha qiymətə satışa təqdim olunması planlaşdırılan bu eynəyin dəyəri əslində çox ucuzdur.Məhsulun bütün komponentlərini çıxaran və bunları ayrı-ayrı dəyərləndirən Teardown.com saytı Google Glass-ın ən bahalı detalının 20 dolları keçmədiyini açıqlayıb. Cəmdə 14 komponentdən ibarət olan eynəyin cəmi xərci isə təxminən 80 dollardır.
Bu aşağı dəyəri məhsulun son istifadə qiymətinin də aşağı ola biləcəyi mövzusundakı ehtimalları gücləndirir. Görək, Google Glass hansı dəyərdə texnologiya sevərlərin qarşısına çıxacaq.
Texnologiya sahəsinin ən böyük şirkətləri 1 dəqiqədə nə qədər pul qazanır?
Müəllif Unknown
Tarix 09:55
şərh yoxdur
Texnologiya sahəsinin ən böyük şirkətləri 1 dəqiqədə nə qədər pul qazanır?
İngiltərə mənşəli bir texnologiya şirkətinin apardığı araşdırma, qlobal texnologiya şirkətlərinin çox qısa müddətdə əldə etdikləri gəlirləri müəyyən edib.Həyatı asanlaşdıran hər şey texnologiyanın bir parçasıdır. Hər nə qədər texnologiyanın insanları oturaq həyata öyrəşdirdiyi söylənsə də, bu sahə sürətlə inkişaf etməyə davam edir. Texnologiya yeni kəşflərlə, hazır məhsulları inkişaf etdirməklə hər keçən gün öz əhatəsini və büdcəsini genişləndirir.
Bu sahənin dörd nəhəng şirkəti — “Apple”, “Samsung”, “Google” və “Microsoft”un 1 dəqiqəərzində qazandıqları pul da bu inkişafın sübutudur.
“WordPay Zinc”in araşdırmasına görə, bir dəqiqə ərzində ən çox gəlir əldə edən şirkət 70 min dollarla “Apple”dır. Onun ardınca “Samsung”, “Microsoft” və “Google” gəlir.
Bu 4 böyük şirkətin 1 dəqiqədə əldə etdikləri mənfəət:
Apple: 70 818 $
Samsung: 54 640 $
Microsoft: 41 804 $
Google: 23 354 $
Dünya “İKT-də Qızlar” Gününü qeyd edir
Müəllif Unknown
Tarix 07:36
şərh yoxdur
Üfüqləri genişləndir, münasibətləri dəyiş! Müvəffəqiyyətləri qeyd edək, qızlara ilham verək! Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq "İKT-də Qızlar" Günü 2014-cü ili bu çağırışlarla qeyd edir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul edilmiş qətnaməsi ilə hər il aprel ayının 4-cü həftəsinin 4-cü günü keçirilən bu tarixi gün qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədi daşıyır. Bu il isə dünya ictimaiyyəti tarixi günü aprelin 24-də qeyd edir.Beynəlxalq gün indiyə qədər dünyada 70 000 qız və gənc qadının hüquq və imkanlarının genişləndirilməsinə xidmət edib
Virusların gizlətdiyi faylların normal hala salınması
Müəllif Unknown
Tarix 14:39
şərh yoxdur
Salam dostlar. Bu qısa məqaləmdə son zamanlar dostlarımın və internetdə bir çox səhifələrdə istifadəçilərin başına gələn belə bir problemdən yazacam. Mövzumuz fləş yaddaşlarına, xarici və daxili sərt disklərə düşən virusların qovluqları və faylları gizlətməsindən bəhs olunur. Bəzən istifadəçilər həmin qovluqların silindiyini düşünür lakin aşağıda göstərdiyim üsulla həmin qovluq və faylların silinib yoxsa gizlənməsini təsdiq edə bilərik.
İlk işimiz son update (ən yeni baza ilə) olunmuş antivirusla komputerimizi (fləş yaddaş və ya xarici sərt diski) scan edirik… Biz bununla qurğumuzu viruslardan təmizləyirik. Virusları təmizlədikdən sonra belə gizlənmiş fayl və qovluqlarımız bizə görsənməyəcək .
teglər:
Əməliyyat sistemi,
internet,
windows
Youtube-dan video yükləmək qaydası
Müəllif Unknown
Tarix 13:03
şərh yoxdur
Bildiyiniz kimi artıq İnternet Dovnload Managerlə youtube-dan video yükləmək olmur. Buna görə yeni bir proqram paylaşıram. Bu proqram vasitəsilə siz youtube-dan videoları yükləyə bilərsiniz. Proqramı burdan yükləyin:
Proqramla videonu yükləmək İDman (internet dovnload manager) kimi rahat olmasa da , o qədər də çətin deyil.Proqramı yükləyib, kompüterə quraşdırın. Youtube-da baxdığınız videonun linkini copy edib atın proqramın içərisinə və yüklə düyməsini sıxın.
Aşağıda yükləmə qaydasını addım-addım, şəkillərlə verilib.
Aşağıda yükləmə qaydasını addım-addım, şəkillərlə verilib.













