Показаны сообщения с ярлыком notebook. Показать все сообщения
Показаны сообщения с ярлыком notebook. Показать все сообщения
Hard diskin ehtiyat nüsxəsinin çıxarılması
Müəllif Unknown
Tarix 09:23
şərh yoxdur
Paragon Software yeni məhsulunu təqdim edib
Rusiya proqram istehsalçısı olan Paragon Software Group qeyri-kommersiya istifadəçiləri üçün yeni proqram xəttinin istehsalı barədə məlumat verib. Bu proqram Paragon Backup and Recovery 10 adlanır və sistemin qəza vəziyyətində bərpası və miqrasiyası üçün nəzərdə tutulub. Yeni proqram xətti özündə məlumatların ehtiyat nüsxələnməsini və bərpasını, eləcə də sistemin virtuallaşması və miqrasiyasını cəmləyiir. Bütün bu funksiyaların kompleks şəkildə fəaliyyəti sayəsində Paragon Backup and Recovery 10 proqram xətti kompüteri fiziki və proqram çökmələrindən, viruslardan və ehtiyatsız davranışlardan qoruyur, bununla da fiziki və virtual mühitdə sistemi yaxşı vəziyətdə saxlayır və məlumat itkisinin qarşısını alır.
Yeni xəttin proqramları mövcud olan bütün ehtiyat nüsxələmə texnologiyalarını dəstəkləyir, bu da istifadəçiyə yeddi üsul ilə ehtiyat nüsxələməyə və bir çox üsulla CD, DVD, Blue-ray disklərindən tutmuş FTP serverə kimi arxivlərin saxlanılması imkanlarını verir. Proqramda əməliyatlar avtomatlaşdırılıb. İstifadəçiyə mühafisə etmək istədiyi məlumatın tipini qeyd etmək kifayət edir ki, proqram avtomatik olaraq uyğun olan üsulu seçsin və kompüterin mühafizə səviyyəsinə uyğun ehtiyat nüsxələnmə getsin. Bütün proseslər istifadəçi kompüterdə işləyən zaman gedir, lakin bu işi ləngitmir, çünki yüklənmə görülən işə uyğun olaraq avtomatik dəyişir.
Yeni proqramda sistemin bərpasının funksionallığı artıb. Əvvəllər təkcə Linux / DOS и WinPE 2.1 bazasında yüklənmə diskləri vasitəsilə bərpa olunurdusa, indi sistemi başqa aparat platformasına (P2P) və ya virtual mühitə (P2V) miqrasiya etməklə bunu etmək olur. Paragon Backup and Recovery 10 proqramları Windows 7 sistemini və MS Virtual PC, VMware Workstation, VMware Fusion kimi virtual maşınları tam dəstəkləyir.
Yeni proqramlar seriyası iki versiyada - Professional Edition və Free Edition versiyalarda təqdim olunur. Free Edition versiyası ev kompüterləri üçün nəzərdə tutulub və http://www.paragon.ru/home/br-free/download.htmllinkindən yükləyə bilərsiniz.
Növbəti dərslərədək.
teglər:
dərslər,
Əməliyyat sistemi,
hard disk,
komputer,
notebook
Kompüterin daxili quruluşu
Müəllif Unknown
Tarix 09:16
şərh yoxdur
Sistem blokunun daxilində olan hissələr: ana plata (əsas plata), mikroprosessor (CPU), əməli yaddaş (RAM), keş, ROM, portlar, daimi yadaş qurğusu (sərt disk), dəyişən yaddaş qurğuları (Floppy, CD-ROM, Cart-Reader), güc bloku, batareya, şəbəkə kartı, video adapter, səs kartı, modem, TV-tuner və s.
Ana plata kompüterin əsas hissələrindən biridir, buna görə də ona əsas plata da deyilir. Ana platanın üzərində çoxlu qızılı rəngdə olan xətləri və müxtəlif çipləri görmək olar. CPU dərinliyi (socket), RAM üçün slot, BIOS, serial və paralel portlar, AGP və PCI yarıqları ana platanın üzərində yerləşir. Ana plata istehsal edən məşhur firmalar ASUS, Gigabyte, Intel.
CPU (Central Processor Unit) kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Təzə kompüterlərdə CPU- Core 2 Duo 2 Ghz. Core 2 Duo o deməkdir ki, prosessor 2 nüvəlidir və hər nüvəsinin sürəti 2 Ghz-dir. CPU çiplərini İntel və AMD firmaları istehsal edir.
RAM (Random Access Memory), başqa cür desək əməli yaddaş çox sürətli yaddaşdır, buna bəzən operativ yaddaş da deyirlər. Prosessor müvəqqəti olaraq proqramları və məlumatı RAM-da saxlayır və icra edir. Kompüter söndükdə RAM-da olanlar pozulur. Əməli yaddaşın tutumu Mb (meqabayt) və Gb (qiqabayt) ilə ölçülür. Müasir kompüterlərdə RAM 1024 Mb, notebooklarda isə daha yüksək olur.
CPU və RAM ikisi də güclü olsa, bu o deməkdir ki, kompüter çox güclüdür, ikisindən biri zəif olsa kompüter orta güclü sayılır, hər ikisi zəif olsa, yəni CPU Pentium 4 1.6 Ghz, RAM 128 Mb olarsa belə kompüter zəif sayılır.
Prosessor məlumatı böyük sürətlə kompüterin başqa qurğularına çatdırmalıdır. Adi əməli yaddaş bu sürətlə işləyə bilmir. Bununla əlaqədar keş adlanan xüsusi əməli yaddaş istifadə olunur. Keş prosessorun iş keyfiyyətini artırır. L1 adlanan keş prosessorun daxilində yerləşir, L2 adlanan ikinci keş prosessorda və yaxud ana platada yerləşə bilər. Müasir kompüterlərdə L2 keşin həcmi 2048 kb olur.
ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM ana plata üzərində yerləşən kiçik batareyadan qidalanır.
ROMun daxilində olan əmrlər bunlardır:
- POST (Power On Self Test) - kompüter qoşulduqda qurğuların elektrik enerşisinə qoşulmasını yoxlayır;
- CMOS (complementary metal-oxide semiconductor) - kompüterə yeni qurğu qoşulduqda məlumatları yeniləyir;
- BIOS (Basic Input/Output System) - avadanlıqlarla müxtəlif əməliyyatlar aparmaq üçün tətbiq olunur;
- BOOT (yüklənmə) - əməliyyat sistemi ilə bağlı olan əmrlər.
BIOS belə tərcümə olunur- əsas giriş-çıxış sistemi. BIOS xüsusi proqram təminatıdır və daimi yaddaşdan asılı olmayaraq işləyir. Kompüter açılarkən mərkəzi prosessor BIOSa müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir. BİOSda konfiqurasiyanın sazlanması üçün Setup adlı proqram olur, bu proqramda qurğuların səciyyəvi xüsusiyyətlərini təyin etmək olur. Setup-a girmək üçün kompüter açılan zaman DEL, bəzən F2, F10 və ya başqa düymələr basılı saxlanılır. Əgər BİOSda arzuolunmaz dəyişikliklər olunubsa, onda 'Load Setup Defaults' düyməsini vurmaqla əvvəlki vəziyyətə qaytara bilərsiniz.
CMOS RAM adlanan xüsusi yaddaş aşağıdakı məlumatları özündə saxlayır: Vaxt, tarix və başqa xüsusiyyətlər, klaviatura və siçan, CPU, keş, RAM, Yaddaş diskləri və s. BIOS və CMOS əmrləri yerinə yetirdikdən sonra prosessor başlayır əməliyyat sistemi yerləşmiş diski axtarmağa.
Adətən əməliyyat sistemi C diskində yerləşir. C hərfini kompüter daimi yaddaş qurğusuna, yəni sərt diskə verir. Sərt diskə əsas yaddaş qurğusu, vinçestr də demək olar. Daimi yaddaş qurğularını istehsal edən firmalar bunlardır: Samsung, Quantum, Seagate, Western Digital, Maxtor, Hitachi, Fujitsu.
Sərt disk RAMdan fərqli olaraq həcmi böyük, sürəti kiçik olur. İndiki sərt disklərin ölçüsü 160Gb, 240Gb, 320Gb olur. Sərt diski virtual olaraq bir neçə bölümə (partition) ayırmaq olar. Çox vaxt 1-ci bölüm C, 2-ci bölüm D adlanır. Əməliyyat sistemi və digər proqramlar C diskində, bizim istifadə etdiyimiz fayllar və qovluqlar isə D diskində yerləşir.
Optik yaddaş qurğuları
Optik yaddaş qurğuları CD və DVD disklərdir, optik disklərdə məlumat lazer şüası ilə oxunur. Maqnit disklərdən fərqli olaraq optik disklərin tutumu və ömrü çox olur. Optik disklərin bir neçə növü var: CD-ROM, CD-R, CD-RW, CD+RW, DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-RAM, HD DVD, Blu-Ray, AHD, HVD, AO-DVD, DMD, FMD-ROM.
Kompüterləri sığortalayanların sayı artıb
Müəllif Unknown
Tarix 14:01
şərh yoxdur
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu cür sığorta əməliyyatları əsasən yeni alınan kompüter avadanlığının ölkəyə gətirilməsi zamanı baş verir. Bahalı kompüterləri xaricdən idxal edən vətəndaşlar onların təhlükəsizliyini və baş verə biləcək ziyanları vaxtında qarşılamaq üçün sığortaya müraciət edirlər.
Üstəlik, bu tip sığorta əməliyyatlarının qiymətinin aşağı olması ona müraciət edənləri həvəsləndirir.
"A-Qroup" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov məsələ ilə bağlı "www.fins.az" a açıqlama verərkən bildirib ki, sadə vətəndaşlar əsasən xaricdən kimlərinsə onlara alıb göndərdiyi kompüter texnikasını daha çox sığorta etdirirlər. Onun sözlərinə görə, yükləri sığortalanarkən müştəridən alınan sığorta haqqı yükün dəyərinin cəmi 0,1-0,4%-i qədər olur. Yəni 1000 dollar dəyəri olan kompüteri sığorta etdirmək üçün cəmi 1-4 dollar pul vermək lazımdır. Məbləğin az olması yük sığortası üzrə riskin böyük olmaması ilə bağlıdır:
"Məsələn, indiyə qədər "A-Qroup"un sığortaladığı yüklər arasında başına iş gələn olmayıb. Başqa sözlə, şirkət yük sığortasına görə ödəniş həyata keçirməyib".
© İctnews
USB Nədir?
Müəllif Unknown
Tarix 15:35
1 şərh
USB (Universal Serial Bus , Yu-Es-Bi kimi də oxunur) portu Hot-Swappable,yəni komputeri söndürmədən avadanlığın taxılıb və çıxarılamasını mümkün edən bir texnologiyadır.Tax və işlət xüsusiyyəti daşıyır.Usb qoşulan zaman öz ayarlamalarını özü edir.Əsasən Usb ilə qoşulan bir qurğu komputerə taxılanda,bizdən heç bir əməliyyat tələb etməsə də,bəzi xüsusi qurğuların işləməsi və ya tam effekti ilə işləməsi üçün driverinin yazılması labüddür
teglər:
dərslər,
Əməliyyat sistemi,
komputer,
notebook,
PC
Noutbukun düzgün istifadə qaydaları
Müəllif Unknown
Tarix 17:10
1 şərh
Noutbuk adi kompüter deyil. Bu qurğunun daha çox üstünlükləri var, ancaq bununla yanaşı ehtiyatlı davranmağı tələb edir. Əks halda sizin noutbuku heç də şən olmayan macəralar gözləyir: sınma və bahalı təmir. İndi biz sizə noutbuku necə istifadə etmək lazım olduğunu izah edəcəyik, bununla siz daha müasir qurğu ilə əvəz edənə qədər xidmət edəcəyinə yardımçı olacaqsınızKompüter alarkən nələrə diqqət etmək lazımdır?
Müəllif Unknown
Tarix 17:00
şərh yoxdur
Heç kəs üçün sirr deyil ki, kompüterlər artıq həyatımızın bir hissəsinə çevrilib. Onların köməyi ilə biz işləyirik, əylənirik və ya ünsiyyət saxlayırıq. Kompüterləri məişət texnikası adlandırmaq olar, çünki bunlar müasir ailələrdə xüsusi yer tutur. Biznes, istehsal və digər insan həyatı ilə əlaqədar sahələr də bunlara daxildir. Ona görə də pulunuzu, vaxtınızı və əsəblərinizi qorumaq üçün kompüter seçiminə ciddi yanaşmalısınız.


.jpg)


