Показаны сообщения с ярлыком telefon. Показать все сообщения
Показаны сообщения с ярлыком telefon. Показать все сообщения

Ən yaxşı fotokameraya malik smartfon hansıdır?



Əvvəllər smartfon alarkən telefonun xarici görünüşünə-qapaqlı, açıq, slayd olub-olmamasına baxılırdısa, indi prosessorun gücü, batareyanın dayanıqlılıq müddəti, incə və yüngül olmaq xüsusiyyəti və əlbəttə kamera funksiyasına diqqət edilir. Phonearena saytı isə kəskin rəqabətin yaşandığı smartfon bazarında ən yaxşı kameraya sahib telefonu seçmək üçün internet istifadəçiləri arasında sorğu keçirib.

Bu telefondan istifadə edənlər "telefonum dinlənilir" təhlükəsindən azad olacaq



Son dövrlərin “telefonla dinlənilmək” məsələsi həm dövlət nümayəndlərini, həm də sadə vətəndaşları ən çox narahat edən mövzulardan biridir. Xəbəriniz olmadan dinlənilməkdən necə sığortalanmaq olar deyə düşünürsüzsə, kriptolu telefonlarından istifadə etmək də probleminizin həll yollarından biridir. Bəs Kriptolu telefon (Crypto phone) nədir? 

Windows Phone mağazalarındakı tətbiqlərin sayı 500000-i keçib


Microsoftun “Microsoft by the Numbers” saytında şirkətin müxtəlif məhsulları ilə bağlı müxtəlif statistik məlumatlar paylaşılır. Son olaraq burada Windows və Windows Phone mağazaları ilə bağlı statistika paylaşılıb. 

Məlumata görə, hazırda Windowsun mağazasında 525 min tətbiq mövcuddur və hər gün bu rəqəmə yüzlərlə yenisi əlavə edilir.

Ən güclü smartfon hansıdır?

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu”  proqramının tərtibatçıları cari ilin üçüncü rübü üzrə ən güclü “Android” smartfonlarının reytinqini dərc ediblər.

“Sony” şirkəti “SmartBand” qolbağını buraxıb

“Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlayıb. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “SmartBand” smart qolbağı “CES 2014” sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksesuar sizin olduğunuz yerləri, hansı vaxtda şəkil çəkdiyinizi, musiqi dinlədiyinizi, kitab oxuduğunuzu qeydə alır. Bundan sonra bu informasiya “Android”-smartfonda “Lifelog” tətbiqi ilə emal olunur.
 
“SmartBand” qolbağı smartfona “NFC” və ya “Bluetooth” ilə qoşula bilər. Həmçinin “Sony Entertainment Network” hesabı lazımdır. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, "layk" və tvitlərdən xəbər verə biləcək. “SmartBand” qolbağı su və toza qarşı davamlıdır.






Whatsapp haqqında maraqlı məlumatlar

"WhatsApp”ın 50 əməkdaşı var. Onların 32-si proqramçıdır. Messencerin 450 milyon auditoriyası var. 300 milyon insan gündəlik ondan istifadə edir. İstifadəçilər gündəlik 19 milyard mesaj göndərirlər, 34 milyard mesaj isə qəbul edirlər. Bu göstərici təxminən gündəlik sms-lərin həcminə bərabərdir.
Gündəlik 600 milyon foto göndərilir. Müqayisə üçün, həmçinin “Facebook”a məxsus “Instagram”a gündəlik 55 milyon yüklənilir. “Facebook” şirkəti “WhatsApp”ı satın almaq üçün 19 milyard dollar ödəyib.
“WhatsApp” istifadəçiləri, həmçinin gündəlik 200 milyon səsli mesaj və 100 milyon videomesaj göndərirlər.

“Ericsson”: “Bir ildən sonra mobil şəbəkələrə qoşulmaların sayı Yer kürəsi əhalisinin sayını ötəcək”

2015-ci ildə mobil şəbəkələrə ümumi qoşulmaların sayı dünya əhalisinin sayını ötəcək. Bu barədə genişzolaqlı mobil internet bazarının təhlilinə həsr olunan “Ericsson Mobility Report” hesabatında deyilir.

Mobil qoşulmaların sayı ildə 7 faiz artır və təkcə 2014-cü ilin birinci rübündə qoşulmalarda artım 120 milyon təşkil edib. 2019-cu ilin sonunadək ümumi sayı 7,6 milyarda çatacaq mobil qoşulmaların 80 faizi genişzolaqlı mobil internetin payına düşəcək. 

Proqnozlara görə, iki ildən sonra – 2016-cı ildə smartfonlar populyarlığına görə mobil telefonları geridə qoyacaq və nəticədə qoşulmuş smartfonların ümumi sayı 5,6 milyarda çatacaq. 2019-cu ildə Avropada 765 milyon smartfon şəbəkəyə qoşulacaq ki, bu da region əhalisinin sayından çoxdur.

2014-cü ilin birinci rübündə smartfonların telefonların ümumi satışında payı 65 faiz təşkil edib. 2019-cu ildə orta smartfon istifadəçisi hər ay hazırkı göstəricidən dörd dəfə çox trafikdən istifadə edəcək. Bu, 2013-2019-cu illərdə genişzolaqlı mobil internet şəbəkələrində trafikin 10 dəfə artmasına səbəb olacaq.
2019-cu ildə Avropa əhalisinin 80 faizi “LTE” şəbəkələrinin əhatəsi zonasında yaşayacaq. Bununla belə, “LTE” texnologiyasının Avropada nüfuzetmə səviyyəsi Şimali Amerikadakı 85 faizə nisbətdə 30 faiz təşkil edəcək. Həmçinin Qərbi Avropa və Mərkəzi və Şərqi Avropa ölkələri arasında əhəmiyyətli fərq müşahidə olunacaq. 2019-cu ilədək “LTE” şəbəkəsinin əhatə zonasına Şimal-Şərqi Asiya əhalisinin 95 faizi daxil olacaq, regionda bu texnologiyanın nüfuzetmə səviyyəsi 45 faiz təşkil edəcək. Dünya “LTE” qoşulmalarının 25 faizinin Çinin payına düşəcəyi gözlənilir ki, bu da 700 milyondan çox “LTE” qoşulma deməkdir. 

"Ericsson”un proqnozuna əsasən, 2019-cu ildə “Machine-to-Machine” (M2M) texnologiyalı aktiv qurğuların sayı 2013-cü ildəki 200 milyonla müqayisədə 3-4 dəfə artacaq. Hazırda əksər “M2M” qurğuları yalnız “GSM” texnologiyasını dəstəkləyir. Lakin 2016-cı ildə vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır. Belə ki, aktiv “M2M” qoşulmalarının çox hissəsi “3G/4G” şəbəkələrində həyata keçiriləcək, - "CNews www.cnews.ru” yazır.  


  



Hakerlər bloklanmış “iPhone” qurğularını “sındırmağı” öyrəniblər


Hakerlər bloklanmış “iPhone”ları “sındırmağı” öyrəniblər və qurğu "iCloud” serverinə qoşulmaq əvəzinə, onların kompüterinə qoşulur. Bu boşluğu aşkar etmək üçün onlara beş ay tələb olunub. 

Daxili proyektorlu “Samsung Galaxy Beam 2” smartfonu nümayiş etdirilib

“Samsung” şirkəti “Galaxy Beam 2” smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel təsvir ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.

“Samsung” şirkəti “Android” platformasından imtina etməyi planlaşdırır

“The Korea Times” nəşri yazır ki, “Samsung” şirkəti tədricən “Android” platformasından imtina edərək öz “Tizen” əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda “Samsung Electronics”in prezidenti Xon Von Pio deyib.

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

Azərbaycan Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumatın alınmasını nəzərdə tutur.

Bununla yanaşı,  şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də  yazılı müraciət etmə üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron hökumət” portalına  daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.

Android platformaları üçün internet və mms quraşdırmaları


İndi  əksəriyyət insanlar android  platformalı  telefon  işlədir və çoxları internet  və mms seçənəklərini  quraşdırmaqda əziyyət çəkirlər. Əksər vaxtı  da  bunu  etmək  üçün müştəri  xidmətlərinə filan  müraciət etmək məcburiyyətində  qalırlar.Bütün bunları  nəzərə alıb ayarları sizlərlə  paylaşıram. Buyurun , gülə-gülə istifadə  edin :)

“Nokia” smartfonlarının sahiblərinə qovluq yaratmağa icazə verilib

“Nokia” şirkəti “Windows Phone 8” ilə işləyən “Lumia” smartfonları üçün “Lumia Black” adlı yeniləmə çıxarıb. Onu quraşdırdıqdan sonra istifadəçilər aparatın iş masasında qovluq yaratmaq imkanına malik olacaqlar.

“Intel” şirkəti “Atom” çipləri üçün “Android”in 64 bitlik versiyası üzərində işi yekunlaşdırıb


Avropa “5G” şəbəkələri sahəsində aparılan tədqiqat layihələrini açıqlayıb


Bu yaxınlarda yaradılan “5GPPP” Assosiasiyasının idarə heyətinin sədri Verner Mor Avropa İttifaqının (Aİ) beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı ilə bağlı planlarını açıqlayıb.

“Xiaomi” şirkəti 98 dollarlıq “Red Rice 2” smartfonu hazırlayır

Şəbəkədə yayılmış informasiyaya əsasən, Çinin “Xiaomi” şirkəti yaxın bir neçə gündə “Red Rice 2” smartfonunu təqdim etməyə hazırlaşır. Məlumatlara əsasən, yeni smartfon böyük 5,5 düymlük HD ekran və “MediaTek” şirkətinin səkkiznüvəli “MT6592” və ya “MT6588” prosessoru ilə təchiz ediləcək.

Dünyanın yarımşəffaf ekranla təchiz edilmiş ilk planşeti təqdim edilib


Planşet istehsalçıları öz məhsullarına istifadəçilərin diqqətini müxtəlif yollarla cəlb etməyə çalışırlar: hansısa şirkət tutumlu batareya və ya yüksək təsvir ölçülü ekranla, digəri 8 nüvəli prosessor və nazik korpusla. İstehsalçıların iddiasına əsasən, “Grippity” planşeti dünyanın ilk şəffaf planşetidir.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yarımşəffaf ekranın diaqonalı 7 düym və təsvir ölçüsü 800x480 nöqtə təşkil edir. İkitərəfli sensor daxil etmə sistemi sözügedən planşetin daha bir xüsusiyyətidir. Başqa sözlə, planşet arxa və ön tərəfi sensor panellərlə təchiz edilib.

Planşet “Cortex-A8” prosessoru, 4 QB daxili fləş yaddaş, SD kartları üçün slot, “Wi-Fi” və “Bluetooth” simsiz rabitə modulları, həmçinin məişət texnikasını idarə etmək üçün infra-qırmızı ötürücü aparatla təchiz edilib. Cihaza “Android 4.2” versiyası quraşdırılıb, daha sonra 4.4 versiyası ilə yenilənəcək.
“Grippity” planşetinin kütləvi istehsalı üçün istehsalçılara 200 min dollar lazımdır.

(c)“ICTnews” 

“Samsung” Avropaya “4K” televizorların tədarükünə görə “Sony”ni ötüb


2013-cü ilin oktyabrında Cənubi Koreyanın “Samsung” şirkəti Avropa bazarına yüksək təsvir ölçüsünə (UHD) malik televizorların tədarük həcminə görə Yaponiyanın “Sony” korporasiyasını geridə qoyub. Bu barədə “GfK” marketinq agentliyinin son hesabatında deyilir. 

Son illər dünyada televizor istehsalçıları arasında birincilik qazanan Cənubi Koreyanın məişət texnikası istehsalçısı növbəti dəfə yüksək göstərici ilə liderliyi ələ keçirib. Lakin bu liderlik hələ ki oktyabrda Avropada qeydə alınıb. “GfK” mütəxəssislərinin fikrincə, “Samsung” 2013-cü ilin oktyabrında Avropa “4K Ultra HD” televizor bazarının təxminən 50 faizinə (48,3 faiz) sahib çıxıb ki, bu da sentyabr ilə müqayisədə 15 faizlik artım deməkdir.

“Samsung”  "UHD” formatlı televizorlarının payının 60 faiz olduğu Böyük Britaniya, İsveçrə və Danimarka bazarında liderdir. Fransa və Almaniya kimi vacib bazarlarda oktyabrda şirkətin payı 40 faiz təşkil edib.
“Samsung”un Avropa “4K TV” bazarında uğur qazanması şirkətin istehsalı olan "Ultra HD” televizorların əvvəlcədən yüksək olan qiymətinin xeyli aşağı salınması ilə əlaqələndirilir, - “IT Expert www.itexpert.org.ua” yazır.   

“iPhone” istehsalçısı dünyanın ən böyük operatoru ilə saziş bağlayıb

“Associated Press” agentliyinin yaydığı məlumata əsasən, “Apple” şirkəti “iPhone” smartfonunun satış həcmini artırmaq məqsədi ilə dünyanın ən böyük mobil rabitə operatoru “China Mobile” şirkəti ilə saziş imzalayıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü il yanvarın 17-də “China Mobile” şirkətinin ixtisaslaşdırılmış mağazalarında “iPhone 5s” və “5c” smartfonunun satışlarına başlanılacaq. “China Mobile” artıq dekabrın 25-dən sözügedən telefonlara sifarişlərin qəbuluna başlayacaq. Sazişin maliyyə detalları açıqlanmayıb.

Analitiklər qeyd edirlər ki, təxminən 750 milyon abunəçiyə xidmət edən “China Mobile” şirkəti ilə saziş bağlanılması “alma” smartfonlarının Çin bazarında satış həcmini xeyli 

"Forbes": “Üç il sonra “Windows Phone” platforması “iOS”-u ötəcək”

Hazırda smartfon bazarı dinamik inkişaf edir. Bu seqmentdə "Android" platforması liderlik edir. İkinci yerdə populyarlığına görə "iOS", üçüncüdə isə "Windows Phone" əməliyyat sistemi qərarlaşıb. Nüfuzlu "Forbes" jurnalının mütəxəssisləri əmindirlər ki, artıq üç il sonra "Microsoft"-un platforması "iOS"-u ikinci yerdən sıxışdırıb çıxaracaq.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ekspertlərin proqnozları ilk növbədə "Microsoft"-un mobil platformasının artım sürətinə əsaslanır. Son ildə "Windows Phone" ilə işləyən smartfonların satış həcmi 156% artıb. Müqayisə üçün bildirək ki, "Android" platformasında müvafiq göstərici 51%, "iOS"-da 25,6% olub.

Mütəxəssilər qeyd edirlər ki, WP qurğuların potensial satış bazarları inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrdə "Windows Phone" platformasının mövqeyi yaxşılaşır,  "iPhone" smartfonun satış həcmi isə  əksinə azalır.
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger