Показаны сообщения с ярлыком Windows8. Показать все сообщения
Показаны сообщения с ярлыком Windows8. Показать все сообщения

Microsoft ToolKit proqramı

Microsoft ToolKit proqramı. Proqramı windows və Office paketini aktivləşdirmək üçün istifadə etmək olar.windows7, Office2007 və Office2010 versiyalarında yoxlamışam, rahatlıqla aktivləşdirir. Siz də yükləyin, yoxlayın və şərhlərinizi yazmağı unutmayın . Faylı aşağıdakı linkdən yükləyə bilərsiniz


Windows 8.1 açılarkən birbaşa İşçi stol açılsın

1
Salam Əziz dostlar xoş gördük sizləri.Bildiyimiz kimi Windows 7 əməliyyat sistemi açılarkən bizi ilk olaraqİşçi stol qarşılayırdı.Amma təəssüflər olsun ki, Windows 8 əməliyyat sistemində kompüter açılarkən ilk olaraq qarşımıza Metro İnterface-i çıxır.Bundan sonra biz Desktop(İşçi stol) bölməsini Metro İnterface-dən seçərək İşçi stolumuzda müəyyən əməliyyatları yerinə yetirə bilirdik.Windowsun yeni  buraxılışı olan Windows 8.1 əməliyyat sistemidə açılarkən Metro İnterface-i bizi qarşılayır,lakin əməliyyat sisteminin bu buraxılışı bizə imkan verirki biz kompüterə ilk logon olarkən bizi İşçi stol qarşılasın.Bunu etmək üçün aşağıdakı addımları izləyək:

SİSTEM VƏ TƏTBİQİ PROQRAMLAR


 Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür. Proqram təminatı sisteminin yerinə yetirdikləri funksiyalara görə 2 hissəyə bölmək olar:
·        Sistem proqram təminatı
·        Tətbiqi proqram təminatı
Sistem proqram təminatı: kompüterdə informasiyanın emal prossesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təyin edir. Sistem proqram təminatına aşağıdakılar daxildir:

“Windows 8.2” yeniləməsi yanvarda çıxarılacaq

Bir ay əvvəl “Microsoft” şirkəti “Windows 8.1” yeni əməliyyat sisteminin yekun versiyasını çıxarıb. Hazırda ən böyük proqram təminatı istehsalçısının komandası növbəti yeniləmə üzərində işləyir.

Əgər insayderlərin məlumatına inansaq, “Microsoft” hazırda növbəti qlobal yeniləmə üzərində işləyir.
“ICTnews” elektron xəbər xidməti “infocity.az” saytına istinadən bildirir ki, yenilənmiş versiyada “Başlat” menyusu daha çox funksiya icra edəcək.

Həmçinin “Bələdçi”nin (File Explorer) xarici görünüşü dəyişdiriləcək. Bundan əlavə, “Internet Explorer 11” brauzerində səhifələrin yüklənmə sürəti artırılacaq.

Qeyri-rəsmi informasiyaya görə, “Windows 8.2” 2014-cü ilin əvvəlində təqdim ediləcək. “Windows 8” və “Windows 8.1” istifadəçiləri öz qurğularına yeni versiyanı tamamilə ödənişsiz yükləyə biləcəklər. Başqa istifadəçilər üçün isə yenilənmiş platforma ödənişli olacaq.


“Windows 8” qazandırmaqda davam edir


“Windows 8” əməliyyat sisteminin bazar payı getdikcə artır

2013-cü ilin birinci rübündə “Windows 8” əməliyyat sisteminin (ƏS) bazar payı artıb. “Net Applications” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin martında “Windows 8” ƏS-nin bazar payı 0,52 faiz artaraq 3,31% olub. “Windows 7” ƏS-nin bazar payı 0.18% artaraq 44,73% olub.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Windows Vista” ƏS-nin bazar payı azalmağa davam edir. Cari ilin martında onun populyarlığı 0.18% azalaraq 4,99% olub. Köhnəlmiş “Windows XP” ƏS-nin bazar payı isə 1.26% azalaraq 37,73% olub.

“Windows” ƏS-nin daha köhnə versiyalarının ümumi bazar payı 1,13% təşkil edib. Beləliklə, 2013-cü ilin martında “Windows” ƏS-i qrupunun bazar payı 91,89% olub ki, bu da ötən ayın göstəricisini 0,27 faiz üstələyir.
  

(c) www.ictnews.az
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger