Показаны сообщения с ярлыком excel. Показать все сообщения
Показаны сообщения с ярлыком excel. Показать все сообщения

Exceldə siyahılar - sıralama, avtofiltr.


Bu məqalədə siyahı tərtib etməyi və bu siyahı ilə işləməyi öyrənəcəyik. Siyahı dedikdə əvvəlində başlığı olan müxtəlif tip sahələr nəzərdə tutulur. Sadə dillə desək həyatda rast gəldiyimiz müxtəlif tipli məlumatları Exceldə siyahı şəklinə sala bilərik. Siyahı tərtib edərkən bir neçə qaydaya riayət etmək laızmdır.
1. Siyahının birinci sətrində başlıqlar qeyd olunmalıdır,,
2. Başlıqların formatı fərqlənməlidir,
3. Başlıqlar arasında boşluq olmamalıdır,
4. Başlıqdan aşağıda boşluq olmamalıdır,
5. Eyni sütunda eyni formatda məlumat olmalıdır,
6. Hər səhifədə bir siyahının olması məsləhətdir.
İdarənin işçiləri haqqında siyahı tərtib edək. Sizcə bu siyahıda hansı başlıqlar olar? Düzdür, Soyadı, adı, ünvanı, vəzifəsi və sair. Şəkildə gördüyünüz kimi:
siyahi

Sual yarana bilər ki, niyə siyahıda eyni adlar çoxdur? Avtomatik Tamamlama (AutoComplete,Автозаполнения) başa salmaq üçün belə etmişəm. Əgər yazmaq istədiyin sözdən yuxarıda varsa Excel proqramı həmin sözü təklif edəcək, birinci hərfi yazdıqdan sonra Enter vursanız həmin söz damaya kopyalanacaq. Məsələn, bir dəfə Rüstəmli yazdınız, bir neçə damadan sonra yenə Rüstəmli yazmaq lazımdır, r hərfini vuranda damaya Rüstəmli soyadının necə gəldiyini görəcəksiniz, Enter vurmaqla bu söz damada qalacaq. Cədvəli tez hazırlamaq istəyirsinizsə bu üsulla eyni sözləri bir neçə dəfə təkrar etməklə yazın.
Hazırladığınız bu formaya cədvəl və ya siyahı deyə bilərsiniz. Müxtəlif tipli məlumatların cədvəl (siyahı) şəklində yığılması verilənlər bazasını (mə’lumat bazasını) yaradır. Verilənlər bazası terminalogiyasına görə bu cədvəlin sütunlarına sahə (field), sətirlərinə isə yazı (record) adı verilir.
Siyahıdakı məlumatları sıralamaq və fltrləmək olur. Bu işi görməzdən əvvəl aktivlik cədvəlin daxilində olmalıdır.
Siyahıların sıralanması (çeşidlənməsi).
Siyahının sıralanması dedikdə, tə’yin etdiyiniz sütunlardakı məlumatlar əsas götürülməklə yazıların sıralanması, yəni əlifba sırası ilə və ya rəqəmlərin ardıcıllığı ilə çeşidlənməsi başa düşülür. Yəni, təyin etdiyiniz sütundakı bütün sətirlər sıralanacaqdır. Bir sütuna və ya eyni anda bir neçə sütuna görə sıralama apara bilərsiniz. Məsələn, siyahını soyadlara görə sıralayıb, soyadı eyni olanları da öz aralarında adlara görə sıralaya bilərsiniz. Bir sütuna görə sıralamaq üçün həmin sütunun hər hansı damasını aktiv etmək və şəkildə göstərilən düyməni vurmaq lazımdır:
Birinci düymə hərfləri əlifbanın əvvəlindən sonuna kimi, rəqəmləri isə azdan çoxa doğru sıralayır, ikinci düymə əksinə sıralayır.
Bir neçə sütuna görə sıralamağın qaydasını aşağıda qeyd edirəm.
2003 versiyasında:
Data (Данные) menyusundan Sort (Сортировка) əmri seçilir və açılan dialoq pəncərəsində seçim aparılır.
sort2003
Çeşidləmənin birinci hansı sütuna görə olmasını istəyirsinizsə, həmin sütun başlığını 1-ci siyahıdan seçin, ehtiyac varsa 2-ci və 3-cü başlıqlar da uyğun olaraq seçilir. Sağ tərəfdə 1-ci dairənin aktiv olması artan sıra ilə, 2-ci dairənin aktiv olması azalan sıra ilə sıralama deməkdir. Əgər cədvəldə başlıqlar qeyd etmisinizsə aşağıda 1-ci dairə, əks halda 2-ci dairə seçilməlidir. Sonda OK vurun.
2007 və 2010 versiyalarında:
1-ci şəkildə göstərilən düyməni vurduqda 2-ci şəkildə gördüyünüz pəncərə açılacaq və burada qaydaya əsasən istədiyiniz kimi çeşidləmə apara bilərsiniz. Excelin yuxarı versiyalarında istənilən sayda sütunla çeşidləmə aparmaq olar.
sort2007asort2007b


(c) komputerle.biz   Müəllif: Adil Rəcəbov

 Növbəti dərslərədək.

Excel proqramı ilə tanışlıq

Excel2007
Excel proqramı geniş imkanlı, böyük sahəli hesablama prosessorudur. Excelə elektron cədvəl də demək olar. Excel həm yeni başlayanların, həm peşəkarların, həm İT sahəsində çalışanların, həm qeyri sahənin adamlarının sevimli iş alətidir. Bu proqramda demək olar ki, hər iş mümkündür. İndi gəlin Excel ilə yaxından tanış olaq.
Əgər hazır Excel cədvəli üzərində işləyəcəksi

VBA ilə Excel workbook-u worksheet-lərə ayırıb ayrılıqda saxlamaq

Excel sənədimizin içində bir və ya bir neçə Sheet açaraq, onların içinə informasiya qeyd edə, müxtəlif əməliyyatlar apara və saxlaya bilərik. Bəzən Bir Excel kitabın içindəki Sheet-ləri ayrılıqda save etməli oluruq. Bu zəhlə tökən və uzun-uzadı bir işdir əgər Excel kitabımız və içindəki sheetlər çoxdursa. Bu dərslikdəki üsulla vaxtınıza və əsəbinizə qənaət edə biləcəksiniz .

Exceldə illik kalendar hazırlam on PhotoPeach


Salam dəyərli dostlar. Bu dərsdə sizə excel proqramında  illik kalendar  hazırlama qaydasını izah edəcəm.  Ümid edirəm sizin üçün  maraqlı  bir iş olacaq :)
Əgər maraqlı olacaqsa,  təşəkkür  kimi  bir  şərh yazsaz yetər.
Hər birinizin  fikri çox  önəmlidir . Uğurlar hamıya...
------------------------------------------------------------------------------------

Exceldə funksiyalar

siqma
Funksiyalar çoxdur, bu məqalədə beşi haqqında danışacağıq. Ən çox istifadə olunan və sadə 5 funksiyanın adını Excelin yuxarı panelində görə bilərsiniz.

Excel xanasında açılıb- bağlanan (drop-down) siyahı hazırlamaq


Salam. Bu dərsdə  sizə Exceldə açılıb- bağlanan (drop-down) siyahı hazırlamaq qaydasını izah edəcəm. İzahı şəkillərlə verirəm ki, daha da aydın olsun. 
İlk öncə  siyahının içərisini təşkil  edəcək  elementləri (məsələn sinifdəki şagirdlərin adları ola bilər) bir sütunda alt-alta  xanalara yazırıq.

Exceldə vurma cədvəli



Exceldə fərqli  bir formada  vurma cədvəli. Yükləyin baxın.Maraqlıdır :)
Yüklə/download

Resurs_final

Dəyərrli həmkarlar, sizə  öz resursumu təqdim edirəm.
Ümid edirəm maraqlı  bir resurs  olacaq.


Bu da exceldə hazırladığım elektron resurs.

Bu da mənim  exceldə hazırladığım elektron resurs.
Resursu aşağıdakı linkdən yükləyə bilərsiniz:

Excelə web saytdan məlumat yükləmək

Salam.Bu dərsimizdə Excelə Web saytlardan məlumatı Excelə əlavə etməyi öyrənəcəyik

 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger