Показаны сообщения с ярлыком dərslər. Показать все сообщения
Показаны сообщения с ярлыком dərslər. Показать все сообщения

Qovluqlara parol qoyma

Sizə təqdim edəcəyim bu proqram vasitəsilə siz  seçdiyiniz  qovluqalrınıza parol  qoya  bilərsiniz. Bununla da
 siz öz  şəxsi kompüterinizi başqasına  həvalə

Ekranın şəklini çəkmə qaydası


Bu dərsdə sizə ekranın şəklini çəkmək  qaydasını izah edəcəm. Əslində bu  sadə əməliyyat  olsa da, bəziləriniz  bunun  necə  ardıcıllıqla  yerinə  yetirildiyini bilmir.
  1. ilk addım: Ekranın şəklini çəkmək  istədiyiniz  səhnəni açırsınız (Məsələn Wordda menyunun şəklini çək mək  istəyirsizsə, Wordu açın).

CPU (Mərkəzi Prosessor)

Salam, Əziz Dostlar! Bu günki məqaləmizdə komputerin əsas hissələrindən biri olan Prosessorlar haqqında söhbət açacağıq!

CPU (Central Processing Unit) çox güclü bir hesablayıcı kimi işləyir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər və sadəcə “1” və “0”-lardan istifadə edirlər!

Hard diskin ehtiyat nüsxəsinin çıxarılması


komp�terl?.biz
Paragon Software yeni məhsulunu təqdim edib
Rusiya proqram istehsalçısı olan Paragon Software Group qeyri-kommersiya istifadəçiləri üçün yeni proqram xəttinin istehsalı barədə məlumat verib. Bu proqram Paragon Backup and Recovery 10 adlanır və sistemin qəza vəziyyətində bərpası və miqrasiyası üçün nəzərdə tutulub. Yeni proqram xətti özündə məlumatların ehtiyat nüsxələnməsini və bərpasını, eləcə də sistemin virtuallaşması və miqrasiyasını cəmləyiir. Bütün bu funksiyaların kompleks şəkildə fəaliyyəti sayəsində Paragon Backup and Recovery 10 proqram xətti kompüteri fiziki və proqram çökmələrindən, viruslardan və ehtiyatsız davranışlardan qoruyur, bununla da fiziki və virtual mühitdə sistemi yaxşı vəziyətdə saxlayır və məlumat itkisinin qarşısını alır.
Paragon Backup and Recovery 10
Yeni xəttin proqramları mövcud olan bütün ehtiyat nüsxələmə texnologiyalarını dəstəkləyir, bu da istifadəçiyə yeddi üsul ilə ehtiyat nüsxələməyə və bir çox üsulla CD, DVD, Blue-ray disklərindən tutmuş FTP serverə kimi arxivlərin saxlanılması imkanlarını verir. Proqramda əməliyatlar avtomatlaşdırılıb. İstifadəçiyə mühafisə etmək istədiyi məlumatın tipini qeyd etmək kifayət edir ki, proqram avtomatik olaraq uyğun olan üsulu seçsin və kompüterin mühafizə səviyyəsinə uyğun ehtiyat nüsxələnmə getsin. Bütün proseslər istifadəçi kompüterdə işləyən zaman gedir, lakin bu işi ləngitmir, çünki yüklənmə görülən işə uyğun olaraq avtomatik dəyişir.
Paragon Clone
Yeni proqramda sistemin bərpasının funksionallığı artıb. Əvvəllər təkcə Linux / DOS и WinPE 2.1 bazasında yüklənmə diskləri vasitəsilə bərpa olunurdusa, indi sistemi başqa aparat platformasına (P2P) və ya virtual mühitə (P2V) miqrasiya etməklə bunu etmək olur. Paragon Backup and Recovery 10 proqramları Windows 7 sistemini və MS Virtual PC, VMware Workstation, VMware Fusion kimi virtual maşınları tam dəstəkləyir.
Yeni proqramlar seriyası iki versiyada - Professional Edition və Free Edition versiyalarda təqdim olunur. Free Edition versiyası ev kompüterləri üçün nəzərdə tutulub və http://www.paragon.ru/home/br-free/download.htmllinkindən yükləyə bilərsiniz.
 Növbəti dərslərədək.

Exceldə siyahılar - sıralama, avtofiltr.


Bu məqalədə siyahı tərtib etməyi və bu siyahı ilə işləməyi öyrənəcəyik. Siyahı dedikdə əvvəlində başlığı olan müxtəlif tip sahələr nəzərdə tutulur. Sadə dillə desək həyatda rast gəldiyimiz müxtəlif tipli məlumatları Exceldə siyahı şəklinə sala bilərik. Siyahı tərtib edərkən bir neçə qaydaya riayət etmək laızmdır.
1. Siyahının birinci sətrində başlıqlar qeyd olunmalıdır,,
2. Başlıqların formatı fərqlənməlidir,
3. Başlıqlar arasında boşluq olmamalıdır,
4. Başlıqdan aşağıda boşluq olmamalıdır,
5. Eyni sütunda eyni formatda məlumat olmalıdır,
6. Hər səhifədə bir siyahının olması məsləhətdir.
İdarənin işçiləri haqqında siyahı tərtib edək. Sizcə bu siyahıda hansı başlıqlar olar? Düzdür, Soyadı, adı, ünvanı, vəzifəsi və sair. Şəkildə gördüyünüz kimi:
siyahi

Sual yarana bilər ki, niyə siyahıda eyni adlar çoxdur? Avtomatik Tamamlama (AutoComplete,Автозаполнения) başa salmaq üçün belə etmişəm. Əgər yazmaq istədiyin sözdən yuxarıda varsa Excel proqramı həmin sözü təklif edəcək, birinci hərfi yazdıqdan sonra Enter vursanız həmin söz damaya kopyalanacaq. Məsələn, bir dəfə Rüstəmli yazdınız, bir neçə damadan sonra yenə Rüstəmli yazmaq lazımdır, r hərfini vuranda damaya Rüstəmli soyadının necə gəldiyini görəcəksiniz, Enter vurmaqla bu söz damada qalacaq. Cədvəli tez hazırlamaq istəyirsinizsə bu üsulla eyni sözləri bir neçə dəfə təkrar etməklə yazın.
Hazırladığınız bu formaya cədvəl və ya siyahı deyə bilərsiniz. Müxtəlif tipli məlumatların cədvəl (siyahı) şəklində yığılması verilənlər bazasını (mə’lumat bazasını) yaradır. Verilənlər bazası terminalogiyasına görə bu cədvəlin sütunlarına sahə (field), sətirlərinə isə yazı (record) adı verilir.
Siyahıdakı məlumatları sıralamaq və fltrləmək olur. Bu işi görməzdən əvvəl aktivlik cədvəlin daxilində olmalıdır.
Siyahıların sıralanması (çeşidlənməsi).
Siyahının sıralanması dedikdə, tə’yin etdiyiniz sütunlardakı məlumatlar əsas götürülməklə yazıların sıralanması, yəni əlifba sırası ilə və ya rəqəmlərin ardıcıllığı ilə çeşidlənməsi başa düşülür. Yəni, təyin etdiyiniz sütundakı bütün sətirlər sıralanacaqdır. Bir sütuna və ya eyni anda bir neçə sütuna görə sıralama apara bilərsiniz. Məsələn, siyahını soyadlara görə sıralayıb, soyadı eyni olanları da öz aralarında adlara görə sıralaya bilərsiniz. Bir sütuna görə sıralamaq üçün həmin sütunun hər hansı damasını aktiv etmək və şəkildə göstərilən düyməni vurmaq lazımdır:
Birinci düymə hərfləri əlifbanın əvvəlindən sonuna kimi, rəqəmləri isə azdan çoxa doğru sıralayır, ikinci düymə əksinə sıralayır.
Bir neçə sütuna görə sıralamağın qaydasını aşağıda qeyd edirəm.
2003 versiyasında:
Data (Данные) menyusundan Sort (Сортировка) əmri seçilir və açılan dialoq pəncərəsində seçim aparılır.
sort2003
Çeşidləmənin birinci hansı sütuna görə olmasını istəyirsinizsə, həmin sütun başlığını 1-ci siyahıdan seçin, ehtiyac varsa 2-ci və 3-cü başlıqlar da uyğun olaraq seçilir. Sağ tərəfdə 1-ci dairənin aktiv olması artan sıra ilə, 2-ci dairənin aktiv olması azalan sıra ilə sıralama deməkdir. Əgər cədvəldə başlıqlar qeyd etmisinizsə aşağıda 1-ci dairə, əks halda 2-ci dairə seçilməlidir. Sonda OK vurun.
2007 və 2010 versiyalarında:
1-ci şəkildə göstərilən düyməni vurduqda 2-ci şəkildə gördüyünüz pəncərə açılacaq və burada qaydaya əsasən istədiyiniz kimi çeşidləmə apara bilərsiniz. Excelin yuxarı versiyalarında istənilən sayda sütunla çeşidləmə aparmaq olar.
sort2007asort2007b


(c) komputerle.biz   Müəllif: Adil Rəcəbov

 Növbəti dərslərədək.

Windows 7-də Unudulan İstifadəçi Şifrəsinin sıfırlanması

Yenidən xoş gördük. Bu məqaləmizdə, Windows 7 üzərində istifadəçi şifrəsini unutduqda heç bir əlavə disk və ya proqram olmadan, yalnız Windows 7 yükləmə diski ilə şifrəni ləğv etməyi izah etməyə çalışacağam. Qeyd edim ki,

Şəkilləriniz üçün əks olunma effekti

Salam. Sizə  təqdim edəcəyim bu  online resurs sadə olsa da lazımlı və  maraqlı funksiyaya Sahibdir. Belə ki , şəklinizi yükləyirsiniz. Şəkliniz suda və  yaxud ayna səthlərdə olduğu  kimi əksolunma effektinə malik olur. Bunu photshopda və  yaxud digər analoji proqramlarda etmək 15-20 dəqiqə vaxtınızı alar. Başarırsınısa təbii :)
Aşağıdakı şəkillərə baxsanız sizdə təsəvvür  formalaşacaq.

Əvvəlki halı
                                                     
                                            
 Sonrakı halı
 


Bunu etmək üçün ilk öncə http://www.reflectionmaker.com/# saytını açırsınız, Effekti tətbiq etmək istədiyiniz şəklin internet  ünvanını daxil edirsiz əgər öz  kompüterinizdədirsə, kompüterdən daxil edirsiz və  GENERATE sözünə klikləyirsiz. Şəkliniz hazırdı.
 Növbəti dərslərək :)


USB Nədir?

USB nedirUSB (Universal Serial Bus , Yu-Es-Bi kimi də oxunur) portu Hot-Swappable,yəni komputeri söndürmədən avadanlığın taxılıb və çıxarılamasını mümkün edən bir texnologiyadır.Tax və işlət xüsusiyyəti daşıyır.Usb qoşulan zaman öz ayarlamalarını özü edir.Əsasən Usb ilə qoşulan bir qurğu komputerə taxılanda,bizdən heç bir əməliyyat tələb etməsə də,bəzi xüsusi qurğuların işləməsi və ya tam effekti ilə işləməsi üçün driverinin yazılması labüddür

Word-də yazı yazarkən ən çox yol verilən 2 Səhv:


Bu dərsimiz hamının  ən asan  proqram  hesab etdiyi  word proqramı  haqqındadır. Hamı  wordda yaza  bilir.  Amma nə  qədər doğru yazırıq ???
Baxaq.

  1. Yeni səhifəyə keçmək üçün çoxlu  ENTER  basıb , nəhayət yeni  səhifənin açılmasını təmin edirik.  Amma əsəlində  bunun doğru yolu  bu  deyil. Çünki bunu etdiyimiz  səhifədən öncəki səhifədə 1 abzas yazı  silmək lazım gəldiyində bunu etdiyimiz səhifədən sonrakı  səhifələrdəki yazılar sürüşəcək və nəticədə çox  böyük qarışıqlıq yaranacaq. Uzun sözünn qısası həlli  yolu  belədir : Ctrl+Enter J
  2. Siyahı  yaradarkın  nömrələri  əllə  daxil  edirik. Burda da  yuxarıdakı kimi tutalım 15-ci elementivsilmək lazımdı. Belə olan halda əgər  Siyahıda  40 element  varsa o zaman 15-dən 40-a  qədər bütün nömrələri dəyişmək lazım gələcək. Bunun da  doğru yolu aşağıdakı şəkildə  göstərilən  ikonun üs ptünə sıxmaqla həyata keçirilir   



Bu günlük də  bu qədər J
Növbət dərslərə qədər

10 dairəsində toplama və çıxma

Salam.  Bu dəfə sizə PowerPointdə 10  dairsəində toplama və çıxma  əməllərinə  aid test təqdim edirəm.

PoverPointdə kalkulyator

Salam dəyərli  dostlar. Bu dərsdə sizə Poverpointdə  kalkulyator  nümunəsi təqdim edirəm .  Ümid edirəm sizə  maraqlı olacaq. Proqramda  bir sıra riyazi  funksiyalar da  verilib. hansı ki , sadə kalkulyatorlarda  rast gəlinmir. Proqramlaşdırmadan anlayanlara  təqdimatın VB kodlarını da  verə bilərəm :).

Exceldə vurma cədvəli



Exceldə fərqli  bir formada  vurma cədvəli. Yükləyin baxın.Maraqlıdır :)
Yüklə/download

Photopeach-dan bloga foto albom yerləşdirmək

1 -ci addım
İlk öncə təbii ki, photopeach-da fotoalbomunuz  hazır olur.

Lokal şəbəkə

Bu dərsdə sizə lokal şəbəkənin sadə topologiyasını izah edəcəm. Ümid edirəm  işinizə yarayar :)

Daxili planetlər

Riyaziyyat fənn kurikulumuna aid dərs planı





Mircamal Həşimov
Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbinin
Riyaziyyat – İnformatika müəllimi.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi

BaşlıqİKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi
Məkan və TarixBakı
15.11.2013 - 30.12.2013
KateqoriyaMüsabiqələr 

Təsvir

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən üçüncü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.

Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Nəticələrin dekabrda açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edəcəkdir.

Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər iştirak edə bilərlər.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur:
Alim və mütəxəssislər üçün

1-ci yer: 2500 manat (1 mükafat)
2-ci yer: 2000 manat (2 mükafat)
3-cü yer: 1500 manat (2 mükafat)
2. Gənc alimlər (35 yaşadək) üçün
1-ci yer: 2000 manat (1 mükafat)
2-ci yer: 1500 manat (2 mükafat)
3-cü yer: 1000 manat (2 mükafat)

Müsabiqəyə təqdim edilən elmi işlər (məqalə, monoqrafiya) və elmi ideyalar aşağıdakı əsas tələblərə cavab verməlidir:

Elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;
Elmi iş nüfuzlu (SCİ və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;
Elmi işin nəşr olunma tarixi: yanvar 2011-ci il – noyabr-2013-cü il arasında olmalıdır;
Elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;
Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 1-i imzalayır, xaricdən olan həm-müəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa info@elmfondu.azelektron ünvanına göndərirlər);
Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq sənəd və ya bildiriş olmalıdır;
Elmi işlə bağlı internet linkləri (veb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;
Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iş (və ya, eyni müəlliflər qrupu olduğu təqdirdə, göstərilən dövr üçün işlər seriyası) təqdim edilə bilər;
Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif iki dəfə mükafatlandırıla bilməz;
Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
Digər ölkədaxili və ya regional/beynəlxalq müsabiqələrdə iştirak edərək mükafatlandırılmış elmi işlər və elmi ideyalar bu müsabiqədə iştirak edə bilməzlər;

Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir.
Qaliblərin seçimi zamanı nüfuzlu (SCİ daxil olan, impakt faktorlu) jurnal və ya nəşriyyatlarda dərc olunmuş, tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar noyabrın 26-dək qəbul ediləcəkdir.
Müsabiqənin nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.

İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür. Əlaqə telefonu: (012) 563-61-11. Elektron-poçt ünvanı: qrant@elmfondu.az

Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi olaraq dəstək verdiyi Kampaniya hazırda öz seçim turlarını davam etdirir. Artıq 39 rayon və şəhərdə Kampaniyanın seçim turları yekunlaşıb. Qeyd edək ki, seçim turlarında istifadə olunan keçməcəli (puzzle) xəritə böyük marağa səbəb olub.

“Gəzən kitabxana”da 10 min elektron kitab toplanıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb. Kitabxana bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz edilib.

ATGTİ-dən bildirilib ki, əsas məqsədi ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam etdirilməsi nəzərdə tutulub. Kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.

"Gəzən kitabxana" layihəsinə əsasən, səyyar kitabxana Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Quba, Tovuz, Qazax,  Lənkəran, Astara, Cəlilabad, Sabirabad, Gəncə, Mingəçevir, Göyçay, Şamaxıda olub. Dekabr ayının ilk 10 günü ərzində isə Bərdədə olan "Gəzən kitabxana" rayonun gəncləri və sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

“Dərslik” portalı cəmiyyətə təqdim olundu

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan “Dərslik” portalının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger