Показаны сообщения с ярлыком e-resurs. Показать все сообщения
Показаны сообщения с ярлыком e-resurs. Показать все сообщения

Zülfiyyə Veysovanın Fəal/İnteraktiv təlim kitabı

 Zülfiyyə Veysovanın Fəal/İnteraktiv təlim kitabı. Çox maraqlı və faydalı kitabdır. Yükləyin , faydalanın. Əminəm  ki , çoxunuzun axtardığı kitabdır. Kitabda  çoxlu sayda  fəal təlim üsulları,  iş formaları ,yeni metodlar, tapşırılq vermə barədə maraqlı yazıılar  yer alır. Kitabın  həcmi 78,5 mb-dır. Kitabı aşağıdakı linkdən yükləyə bilərsiniz.




10 dairəsində toplama və çıxma

Salam.  Bu dəfə sizə PowerPointdə 10  dairsəində toplama və çıxma  əməllərinə  aid test təqdim edirəm.

PoverPointdə kalkulyator

Salam dəyərli  dostlar. Bu dərsdə sizə Poverpointdə  kalkulyator  nümunəsi təqdim edirəm .  Ümid edirəm sizə  maraqlı olacaq. Proqramda  bir sıra riyazi  funksiyalar da  verilib. hansı ki , sadə kalkulyatorlarda  rast gəlinmir. Proqramlaşdırmadan anlayanlara  təqdimatın VB kodlarını da  verə bilərəm :).

Exceldə vurma cədvəli



Exceldə fərqli  bir formada  vurma cədvəli. Yükləyin baxın.Maraqlıdır :)
Yüklə/download

Photopeach-dan bloga foto albom yerləşdirmək

1 -ci addım
İlk öncə təbii ki, photopeach-da fotoalbomunuz  hazır olur.

Lokal şəbəkə

Bu dərsdə sizə lokal şəbəkənin sadə topologiyasını izah edəcəm. Ümid edirəm  işinizə yarayar :)

Daxili planetlər

Riyaziyyat fənn kurikulumuna aid dərs planı





Mircamal Həşimov
Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbinin
Riyaziyyat – İnformatika müəllimi.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi

BaşlıqİKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi
Məkan və TarixBakı
15.11.2013 - 30.12.2013
KateqoriyaMüsabiqələr 

Təsvir

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən üçüncü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.

Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Nəticələrin dekabrda açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edəcəkdir.

Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər iştirak edə bilərlər.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur:
Alim və mütəxəssislər üçün

1-ci yer: 2500 manat (1 mükafat)
2-ci yer: 2000 manat (2 mükafat)
3-cü yer: 1500 manat (2 mükafat)
2. Gənc alimlər (35 yaşadək) üçün
1-ci yer: 2000 manat (1 mükafat)
2-ci yer: 1500 manat (2 mükafat)
3-cü yer: 1000 manat (2 mükafat)

Müsabiqəyə təqdim edilən elmi işlər (məqalə, monoqrafiya) və elmi ideyalar aşağıdakı əsas tələblərə cavab verməlidir:

Elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;
Elmi iş nüfuzlu (SCİ və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;
Elmi işin nəşr olunma tarixi: yanvar 2011-ci il – noyabr-2013-cü il arasında olmalıdır;
Elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;
Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 1-i imzalayır, xaricdən olan həm-müəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa info@elmfondu.azelektron ünvanına göndərirlər);
Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq sənəd və ya bildiriş olmalıdır;
Elmi işlə bağlı internet linkləri (veb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;
Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iş (və ya, eyni müəlliflər qrupu olduğu təqdirdə, göstərilən dövr üçün işlər seriyası) təqdim edilə bilər;
Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif iki dəfə mükafatlandırıla bilməz;
Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
Digər ölkədaxili və ya regional/beynəlxalq müsabiqələrdə iştirak edərək mükafatlandırılmış elmi işlər və elmi ideyalar bu müsabiqədə iştirak edə bilməzlər;

Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir.
Qaliblərin seçimi zamanı nüfuzlu (SCİ daxil olan, impakt faktorlu) jurnal və ya nəşriyyatlarda dərc olunmuş, tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar noyabrın 26-dək qəbul ediləcəkdir.
Müsabiqənin nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.

İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür. Əlaqə telefonu: (012) 563-61-11. Elektron-poçt ünvanı: qrant@elmfondu.az

Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi olaraq dəstək verdiyi Kampaniya hazırda öz seçim turlarını davam etdirir. Artıq 39 rayon və şəhərdə Kampaniyanın seçim turları yekunlaşıb. Qeyd edək ki, seçim turlarında istifadə olunan keçməcəli (puzzle) xəritə böyük marağa səbəb olub.

“Gəzən kitabxana”da 10 min elektron kitab toplanıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb. Kitabxana bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz edilib.

ATGTİ-dən bildirilib ki, əsas məqsədi ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam etdirilməsi nəzərdə tutulub. Kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.

"Gəzən kitabxana" layihəsinə əsasən, səyyar kitabxana Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Quba, Tovuz, Qazax,  Lənkəran, Astara, Cəlilabad, Sabirabad, Gəncə, Mingəçevir, Göyçay, Şamaxıda olub. Dekabr ayının ilk 10 günü ərzində isə Bərdədə olan "Gəzən kitabxana" rayonun gəncləri və sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

“Dərslik” portalı cəmiyyətə təqdim olundu

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan “Dərslik” portalının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

Tarix, riyaziyyat və informatika fənninə dair faydalı linklər(şagidlər üçün)

Salam dəyərli həmkarlar. Bu yerləşdirdiyim resurs- Kamran, Samir,Cavad və mənim "one note" proqramında  hazırladığımız , şagird üçün  online resursların  linkləri olan  vasitədir.
Resurs haqqında  şəkil də yerləşdirmişəm.
Resursda  bir sıra  testlər, trenajorlar, məlumatlar, videolar və bır sıra  digər  faydalı məlumatların  linkləri yerləşdirilmişdir.
Əgər maraqlıdırsa, a.ağıdakı linkdən faylı yükləyə bilərsiniz.

Nəşr

Salam hörmətli həmkarlar
Buyurun sizə PUBLİSHER proqramında  hazırladığım bülleten  nümunəsini təqdim edirəm

 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger