Ana səhifə » , , » Virusların gizlətdiyi faylların normal hala salınması

Virusların gizlətdiyi faylların normal hala salınması

Salam dostlar. Bu qısa məqaləmdə son zamanlar dostlarımın və internetdə bir çox səhifələrdə istifadəçilərin başına gələn belə bir problemdən yazacam. Mövzumuz fləş yaddaşlarına, xarici və daxili sərt disklərə düşən virusların qovluqları və faylları gizlətməsindən bəhs olunur. Bəzən istifadəçilər həmin qovluqların silindiyini düşünür lakin aşağıda göstərdiyim üsulla həmin qovluq və faylların silinib yoxsa gizlənməsini təsdiq edə bilərik.

İlk işimiz son update (ən yeni baza ilə) olunmuş antivirusla komputerimizi (fləş yaddaş və ya xarici sərt diski) scan edirik… Biz bununla qurğumuzu viruslardan təmizləyirik. Virusları təmizlədikdən sonra belə gizlənmiş fayl və qovluqlarımız bizə görsənməyəcək .

gizli fayl

İlk öncə fayl və qovluqlarımızın gizlənib və ya silinməsini təsdiq edək. Bunun üçün
1 Addım : Start > Run (və yaxud Windows + R) açılan pəncərədə CMD yazıb, enter düyməsini sıxırıq.
2 Addım : Açılan DOS ekranda cd\ yazıb, enter düyməsini sıxırıq.
3 Addım: indi isə qovluqlarımızın gizli olduğu yaddaş qurğusuna keçək. Mən fləş yaddaşımda fayllarımın gizləndiyindən şübhələnirəm və bu qurğu mənim komputerimdə E diski kimi tanınınr. E: yazıb , enter düyməsini sıxıram.
4 Addm. İndi isə biz yazdığımız komanda ilə qurğumuzda olan gizli fayllara baxaq. Bunun üçün biz CMD ekranında dir/ah yazıb, enter düyməsini sıxaq. Budur bizim qurğumuzda olan gizli qovluqlar və faylların siyahısı.
5. İndi isə biz qurğumuzda olan bütün gizli qovluq və faylların attributunu dəyişərək onları normal hala salaq. Bunun üçün, attrib *. -h -s /s /d yazıb enter düyməsini sıxaq. Bir müddət gözlədikdən sonra CMD ekranı yeni sətrə keçəcək. Artıq bizim qurğumuzun içində olan fayl və qovluqlar normal hala düşdülər.
6. Exit yazıb, enter düyməsini sıxaraq biz CMD ekranından çıxırıq.
Çalışdım ki, son dərəcə sadə və anlaşılır dildə yazım. Yararlı olması ümidi ilə.

Müəllif :Turqut Vəliyev

(c) http://www.technet.az/
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger