Показаны сообщения с ярлыком maraqlı. Показать все сообщения
Показаны сообщения с ярлыком maraqlı. Показать все сообщения
İsraildə “texnoloji ağaclar” quraşdırılıb
Müəllif Unknown
Tarix 09:25
şərh yoxdur
"ICTnews" elektron xəbər xidməti “texnomaniya.ru” saytına istinadən bildirir ki, "eTree" çətirin əvəzinə çoxsaylı günəş batareyalarını dəstəkləyən metal gövdədən ibarətdir. 8 bitlik kompüter oyununda piksel təsviri xatırladan konstruksiya batareya enerjisini qurğuların enerji toplamasından ötrü USB çıxışlara, informasiyalı LCD ekranlara ötürür, “Wi-Fi” çıxış və gecə işıqlandırmasına şərait yaradır.
"Biz nəhəng şirkətlərin daima genişmiqyaslı sistemlər üzərində işlədiyini görürük – “Sologic” şirkətinin təsisçisi Maykl Lesri deyib. İndi isə biz günəş enerjisinin hər kəsə əlçatan olduğunu görürük".
Birinci “günəş ağacları” İsrailin Zixron şəhərində quraşdırılıb. “Sologic” şirkəti “texnoloji ağaclar”ın çox hissəsini Çin və Fransaya satmağı planlaşdırır.
Bir belə ağacın qiyməti təxminən 100 min dollardır. 7 günəş paneli 1,4 KVT elektrik enerjisi generasiya edir. Bu, 35 noutbukun işi üçün kifayətdir.
© İctnews
Ölkə ərazisindəki turistlər pulsuz internetlə təmin olunacaq
Müəllif Unknown
Tarix 14:52
şərh yoxdur
2016-cı ilə qədər Yaponiyada xarici turistləri pulsuz Wi-Fi şəbəkəsi ilə təmin olunacaq.Bu qərarın qəbulu ölkəyə gələn turistlərin internet təminatında yaşadıqları problemlə bağlıdır.
Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri NTT və KDDI şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.
Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində Wi-Fi şəbəkələrinə pulsuz qoşulmağa imkan əldə edəcəklər.
"Google Glass"ın həqiqi dəyəri
Müəllif Unknown
Tarix 10:05
şərh yoxdur
«Google»nin gündəmdən düşməyən eynəyi haqqında yeni xəbərlər gəlməyə davam edir. Yayılan son məlumatlara görə çox baha qiymətə satışa təqdim olunması planlaşdırılan bu eynəyin dəyəri əslində çox ucuzdur.Məhsulun bütün komponentlərini çıxaran və bunları ayrı-ayrı dəyərləndirən Teardown.com saytı Google Glass-ın ən bahalı detalının 20 dolları keçmədiyini açıqlayıb. Cəmdə 14 komponentdən ibarət olan eynəyin cəmi xərci isə təxminən 80 dollardır.
Bu aşağı dəyəri məhsulun son istifadə qiymətinin də aşağı ola biləcəyi mövzusundakı ehtimalları gücləndirir. Görək, Google Glass hansı dəyərdə texnologiya sevərlərin qarşısına çıxacaq.
Stiv Cobs nə üçün həmişə eyni paltar geyinib?
Müəllif Unknown
Tarix 23:43
şərh yoxdur
Stiv Cobs öz məhsullarının təqdimatında həmişə eyni cür geyinirdi: “Levi`s” cins şalvar, qara rəngli “St.Croix” sviteri və “New Balance” idman ayaqqabısı. Amma Stiv nə üçün məhz bu geyimi sevirdi? Cavab kifayət qədər sadədir. Bioqraf Uolter Ayzekson bu sirri açıb.
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, məsələ ondadır ki, 80-ci illərin əvvəllərində Cobs Yaponiyaya səfəri zamanı “Sony” yaradıcılarından biri Akio Moritaya sual verib ki, nə üçün onun şirkətində əməkdaşlar eyni iş paltarı geyinirlər. Müharibədən sonra geyimlə bağlı problemlər yaşanıb və “Sony” kimi şirkətlər öz işçilərini geyimlə təmin edib. Əlbəttə, seçim yox idi, buna görə bütün geyimlər eyni olub. Müəyyən vaxtdan sonra isə eyni geyim dəbdə olan uniformaya çevrilib.
"Mən qərara gəldim ki, “Apple” şirkətində də bu cür korporativ birlik tipi yaratmaq lazımdır" – Cobs deyib.
“Sony” şirkəti öz əməkdaşları üçün məşhur dizayner İsseya Miyakedən kömək istəyib. Nəticədə dəbli neylon gödəkcə yaradılıb: qolları çirmələndikdə jiletə çevrilirdi. Cobs, həmçinin Miyakeyə bu ideya ilə bağlı müraciət edib. Stiv xatirəsini bölüşür:
"Mən bir neçə nümunə götürüb geri qayıtdım və əməkdaşlarıma dedim ki, hamımız işdə bu jiletlərdən geyinsək, əla olar. Onlar bunu narazılıqla qarşıladılar".
Sonralar Cobs və Miyake dostlaşıblar, Stiv bu ideyadan imtina etməyib və özü üçün uniforma hazırlatdırıb.
© İctnews
Dünyanın 10 dahı adamı
Müəllif Unknown
Tarix 17:06
şərh yoxdur
10) Stiven Hokinq

Yaş 70, İQ 160
Siyahının ən çox tanınan ismi. Onun çalışmaları kainatın daha yaxşı anlaşılmasını təmin edib. Albert Enşteyndən bu yana dünyaya gələn ən parlaq nəzəri fizik olaraq qəbul edilən Hokinq 21 yaşında olarkən müalicəsi olmayan ALS adlı xəstəliyə tutulub.
9) Cudit Polgar

Yaş 36, İQ 170
Polgarın atası üstün zəkanın genetik olmadığını, sonradan qazanmağın mümkün olduğunu göstərmək üçün öz qızına xüsusi öyrətmə qaydası tətbiq etdi. Təcrübəsi uğurlu alındı, 15 yaşındakı Polgar şahmat çempionu olaraq məşhur şahmatçı Bobbi Fişerin rekordunu qıraraq «ən gənc usta oyunçu» titulunu aldı.
8) Pol Allen

Yaş 59, İQ 170
Microsoftun qurucularından Pol Allen zəkasını sərvətə çevirən ən uğurlu adam olaraq tanınır. 14,2 milyard dollar sərvəti ilə dünyanın ən varlı 48 adamından biridir. Bir çox idman klubu və şirkətin sahibidir.
7) Ser Endryu Uayls

Yaş 59, İQ 170
1995-ci ildə Endryu Uayls «Fermatnın son teoremi» adı verilən 358 illik riyaziyyat teoremini sübut elədi. Bu dünyanın ən çətin riyaziyyat teoremi olaraq qəbul edilib. Riyaziyyata verdiyi töhfələrdən dolayı «ser» ləqəbini alıb. 15 beynəlxalq mükafatın sahibidir.
6) Ceyms Vuds

Yaş 65, İQ 180
ABŞ-da SAT sözlü imtahanında mükəmməl bir nəticə olan 800 bal, riyaziyyatda isə 779 bal alıb. Massaçusets Texnologiya İnstitutunda tam təqaüdlü təhsil qazandıqdan sonra aktyorluğa meyllənməyə başlayıb və təhsili buraxıb. Akademik təhsilinə davam etsəydi indi çox yüksək nailiyyətlərə imza atmışdı. Üç dəfə “Emmi” mükafatını qazanıb, iki dəfə Oskara namizəd olub.
5) Harri Kasparov

Yaş 51, İQ 190
Şahmatda bir kompüterə uduzması faktı heç vaxt onun əleyhinə işlənilə bilməz. O şahmatda ən gənc dünya çempionu adını qazananda 22 yaşında idi. 2005-ci ildə şahmatı buraxıb, indi siyasətlə və yazarlıqla məşğuldur. Rusiya prezidentliyə namizəd olub, Birləşmiş Xalq Cəbhəsi adlı hərəkatın qurucusudur.
4) Rik Rosner

Yaş 52, İQ 192
İQ səviyyəsi 192 olan Rik ABŞ-da məşhur şoumen Cimmi Kimmel ilə televiziya yazarı olaraq işləyib. Onu xüsusi edən isə çoxlu müxtəlif peşələrdə işləyə bilməsi olub.
3) Kim Unq Yonq

Yaş 50, İQ 210
O, 2 yaşında dörd dildə axıcı nitqə sahib idi, 4 yaşında universitetlərdə kurslara qatılırdı. Ginnesin rekordlar kitabında ən yüksək İQ-yə sahib insandır. 8 yaşındaykən NASA-da çalışması üçün dəvət alıb, yeniyetməliyini həmin qurumda keçirib.
2) Xristofer Hirata

Yaş 30, İQ 225
Xristofer Hirata ən ağıllıları qısqandıracaq bir isimdir. 14 yaşında Kaliforniya Texnologiya İnstitutuna girib, 16 yaşında Marsda koloniyalar yaratmaq kimi layihələrdə işləyib, 22 yaşında astrofizikada doktor dərəcəsini alıb.
1) Terence Tao

Yaş 37, İQ 230
Adi insanların yerimək və danışmaq kimi bacarıqları yeni qazanmağa çalışdığı yaşda, 2 yaşında Tao artıq bir sıra sadə riyazi hesablamalar edə bilirdi. 9 yaşında universitet səviyyəsində riyaziyyat dərslərinə qatılırdı, 20 yaşında isə doktorluq dərəcəsini alıb. 24 yaşında Kaliforniya Universitetinin ən gənc professoru adını qazanıb.




