Salam. Bu dəfə sizə əksəriyyətninzin rastlaşdığı və səbəbini bilmədiyiniz bir problemin həllini deyəcəm.
Deməli çox vaxt belə bir problem çıxır:
Girirsiniz hər hansı bir sayta. Sertifikatla bağlı bir dialoq pəncərəsi çıxır. Aşağıdakı şəkildəki kimi:
Bəs bu problemin həllini bilən neçə nəfər var ??? Bu problemin yaranma səbəbi kompüterinizdə tarixin düz olmamasıdır. Kompüterin tarixini düzəldin və yenidən sayta giriş edin. Eyni problem bir daha olmayacaq.
QEYD: Əgər kompüteri söndürüb yandırandan sonra yenə də eyni problemlə qarşılaşırsanız, deməli sizin kompüterin daxilində olan və kompüter söndükdə tarix və saatı yadda saxlamaq üçün istifadə olunan batareya istifadə müddətini bitirib. Əgər bacarırsanız özünüz, bacarmırsanız ustaya dəyişdirtdirin.
Bu qədər. Növbəti dərslərədək :)
0 şərh:
Отправить комментарий