Показаны сообщения с ярлыком virus. Показать все сообщения
Показаны сообщения с ярлыком virus. Показать все сообщения

İnternet tarixinin ən təhlükəli 5 virusu



Kompüter virusları illərdir ki insanlara problem yaradaraq maddi və mənəvi zərər verir. Bu viruslardan ən təhlükəli və ən çox zərər verənləri isə aşağıdakılardır:

Ziyanverici proqramlar

malwareİnternetin inkişafı və onu saysız-hesabsız məqsədlərlə istifadə edən istifadəçilərin sayının artması - hücumçulara pisniyyətli fəaliyyətlərini həyata keçirmək üçün çoxlu hədəflər təqdim edir. Şəbəkə əsaslı hücumların böyük əksəriyyəti, hücumçular tərəfindən pisniyyətli materiallar yaymaq məqsədi ilə ələ keçirilən və tərkibində hər hansı bir ziyanverici proqram olmayan İnternet səhifələrini ziyarət edən istifadəçilərə tətbiq olunur.
Bu tip hücumlarda hücumçu, istifadəçilər tərəfindən etibarlı hesab olunan veb səhifələrin saxlanıldığı serveri ələ keçirir və yaymaq istədiyi ziyanverici proqramı bu serverə yerləşdirir. İnternet istifadəçilərinin etibarlı hesab etdiyi bu saytı ziyarət etməsi nəticəsində bu ziyanverici proqram təminatı kompüterlərinə yoluxur. Ziyanverici proqramların güclü və təhlükəli olmaları - kompüterə gizlicə yoluxa bilmələri, o kompüterdə dəyişikliklər edərək zərər verə, elektron informasiya sistemlərinə istifadəçilərin fərqinə belə varmadan sıza bilmələrindən qaynaqlanır.
Hazırda ziyanverici proqram hücumlarının sıxlığı artmaqda və onlar günü-gündən inkişaf etməkdədir. Bu hal - İnternet istifadəçilərinin təhlükəsizliyi baxımından ciddi təhlükə kəsb edir. Ziyanverici proqramlara qarşı mübarizə üçün görülən mövcud işlər - hər gün inkişaf etməkdə olan bu qlobal təhlükənin müəyyənləşdirilməsi əməliyyatından çox geridədir. Ziyanverici proqramlarla mübarizə və onları azaltma işləri bir-birindən ayrı şəkildə aparılır.
  
www.cert.az

Trojan nədir?

Troya atı, Odysseus’un Troya divarlarını aşmaq və şəhərə gizlicə girmək üçün taxtadan hazırlanmış at maketidir. Savaş təxminən 10 ildir davam edirdi. Zəkası üzündən Athena tərəfindən də sevilən Odysseus’un ağılına taxtadan bir at fikri gəlir. Plana görə Akhalılar döyüşdən çəkilir kimi görünüb, geridə çox böyük bir taxta at buraxarlar. Odysseus və digər seçmə komandirlər atın içinə gizlənir, digərləri dənizə açılıb gəmiləri Bozcaada’nın arxasına, Troyalıların onları görə bilməyəcəyi bir şəkildə gizlədir.Yunanlar maketi şəhərlərinə aparır ve həmin günün axşamı Akhalılar tərəfindən yunanlar məğlub edilir.

 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger