10) Stiven Hokinq
Yaş 70, İQ 160
Siyahının ən çox tanınan ismi. Onun çalışmaları kainatın daha yaxşı anlaşılmasını təmin edib. Albert Enşteyndən bu yana dünyaya gələn ən parlaq nəzəri fizik olaraq qəbul edilən Hokinq 21 yaşında olarkən müalicəsi olmayan ALS adlı xəstəliyə tutulub.
9) Cudit Polgar
Yaş 36, İQ 170
Polgarın atası üstün zəkanın genetik olmadığını, sonradan qazanmağın mümkün olduğunu göstərmək üçün öz qızına xüsusi öyrətmə qaydası tətbiq etdi. Təcrübəsi uğurlu alındı, 15 yaşındakı Polgar şahmat çempionu olaraq məşhur şahmatçı Bobbi Fişerin rekordunu qıraraq «ən gənc usta oyunçu» titulunu aldı.
8) Pol Allen
Yaş 59, İQ 170
Microsoftun qurucularından Pol Allen zəkasını sərvətə çevirən ən uğurlu adam olaraq tanınır. 14,2 milyard dollar sərvəti ilə dünyanın ən varlı 48 adamından biridir. Bir çox idman klubu və şirkətin sahibidir.
7) Ser Endryu Uayls
Yaş 59, İQ 170
1995-ci ildə Endryu Uayls «Fermatnın son teoremi» adı verilən 358 illik riyaziyyat teoremini sübut elədi. Bu dünyanın ən çətin riyaziyyat teoremi olaraq qəbul edilib. Riyaziyyata verdiyi töhfələrdən dolayı «ser» ləqəbini alıb. 15 beynəlxalq mükafatın sahibidir.
6) Ceyms Vuds
Yaş 65, İQ 180
ABŞ-da SAT sözlü imtahanında mükəmməl bir nəticə olan 800 bal, riyaziyyatda isə 779 bal alıb. Massaçusets Texnologiya İnstitutunda tam təqaüdlü təhsil qazandıqdan sonra aktyorluğa meyllənməyə başlayıb və təhsili buraxıb. Akademik təhsilinə davam etsəydi indi çox yüksək nailiyyətlərə imza atmışdı. Üç dəfə “Emmi” mükafatını qazanıb, iki dəfə Oskara namizəd olub.
5) Harri Kasparov
Yaş 51, İQ 190
Şahmatda bir kompüterə uduzması faktı heç vaxt onun əleyhinə işlənilə bilməz. O şahmatda ən gənc dünya çempionu adını qazananda 22 yaşında idi. 2005-ci ildə şahmatı buraxıb, indi siyasətlə və yazarlıqla məşğuldur. Rusiya prezidentliyə namizəd olub, Birləşmiş Xalq Cəbhəsi adlı hərəkatın qurucusudur.
4) Rik Rosner
Yaş 52, İQ 192
İQ səviyyəsi 192 olan Rik ABŞ-da məşhur şoumen Cimmi Kimmel ilə televiziya yazarı olaraq işləyib. Onu xüsusi edən isə çoxlu müxtəlif peşələrdə işləyə bilməsi olub.
3) Kim Unq Yonq
Yaş 50, İQ 210
O, 2 yaşında dörd dildə axıcı nitqə sahib idi, 4 yaşında universitetlərdə kurslara qatılırdı. Ginnesin rekordlar kitabında ən yüksək İQ-yə sahib insandır. 8 yaşındaykən NASA-da çalışması üçün dəvət alıb, yeniyetməliyini həmin qurumda keçirib.
2) Xristofer Hirata
Yaş 30, İQ 225
Xristofer Hirata ən ağıllıları qısqandıracaq bir isimdir. 14 yaşında Kaliforniya Texnologiya İnstitutuna girib, 16 yaşında Marsda koloniyalar yaratmaq kimi layihələrdə işləyib, 22 yaşında astrofizikada doktor dərəcəsini alıb.
1) Terence Tao
Yaş 37, İQ 230
Adi insanların yerimək və danışmaq kimi bacarıqları yeni qazanmağa çalışdığı yaşda, 2 yaşında Tao artıq bir sıra sadə riyazi hesablamalar edə bilirdi. 9 yaşında universitet səviyyəsində riyaziyyat dərslərinə qatılırdı, 20 yaşında isə doktorluq dərəcəsini alıb. 24 yaşında Kaliforniya Universitetinin ən gənc professoru adını qazanıb.
0 şərh:
Отправить комментарий