Ana səhifə » , » Excel proqramı ilə tanışlıq

Excel proqramı ilə tanışlıq

Excel2007
Excel proqramı geniş imkanlı, böyük sahəli hesablama prosessorudur. Excelə elektron cədvəl də demək olar. Excel həm yeni başlayanların, həm peşəkarların, həm İT sahəsində çalışanların, həm qeyri sahənin adamlarının sevimli iş alətidir. Bu proqramda demək olar ki, hər iş mümkündür. İndi gəlin Excel ilə yaxından tanış olaq.
Əgər hazır Excel cədvəli üzərində işləyəcəksi
nizsə sizdən xüsusi istedad tələb olunmur. Məktəbi pis qiymətlərlə bitirən də bu işin öhdəsindən gələ bilər. Yox əgər lazım olan iş üçün lazım olan cədvəli qurmalısınızsa onda sizdə yaxşı düşünmə qabiliyyəti və planlaşdırma olmalıdır. Düzdür Excel bizə lazım olan hesablama işlərini tez və dəqiq verir, amma biz lazım olan cədvəli qura bilməsək, lazım olan yerə lazım olan hesablamanı qoymasaq, onda Exceli yox, özümüzü günahlandırmalıyıq. Saytım vasitəsilə müxtəlif cədvəllərin hazırlanması qaydasını sizə təqdim edəcəyəm, əgər sizə hansısa formada cədvəl lazım olarsa mənə yazın. Əvvəlcə sadə cədvəllərdən başlayacağam, səbrli olanlar mürəkkəb cədvəllərə də çata biləcəklər.
Əvvəlki məqalədə Word haqqında deyilənlər Excelə də aiddir, ona görə bəzi şeyləri təkrar yazmıram. Bildiyiniz kimi Excel faylına kitab deyilir, kitab vərəqlərdən təşkil olunub, vərəqlər elektron cədvəl görünüşündədirlər, cədvəlin sütunları ingilis hərfləri ilə, sətirləri rəqəmlər ilə adlandırılıb. Hər bir damanın ünvanı var və sütun sətir başlığı ilə göstərilir, məsələn A1. Proqramın 2003 versiyasında sütunların sayı 256-dır, A-dan IV-yə kimi sıralanıb, sətirlərin sayı 65536-dır, sonuncu damanın ünvanı IV65536-dır. 2007 versiyasında isə sütunların sayı 16384-dür, A-dan XFD-yə kimi sıralanıb, sətirlərin sayı 1048576-dır, sonuncu damanın ünvanı XFD1048576-dır. Bir vərəqdə olan damaların sayını bilmək üçün sütunların sayını sətirlərin sayına vurub tapa bilərsiniz. Gördüyünüz kimi çox böyük rəqəmlərdir. Müqayisə üçün deyim ki, ölkənin bütün iqtisadi, maliyyə, statistik, sosial və s. işləri üzrə hesabatları bir Excel faylına yerləşdirmək olar, hələ artıq yer də qalar. Reallıqla baxsaq bu qədər sütun və sətir heç vaxt bizə lazım olmayacaq. Görünür Microsoft korporasiyası özünün möhtəşəmliyini göstərmək istəyir və proqram bazarında liderliyi əldən vermək istəmir.
Excel dəqiq proqram olduğu üçün hər bir damanın ünvanı var və biz bilməliyik hansı dama ilə işləyirik. Damanın ünvanı sütun və sətir adlarının birləşməsindən əmələ gəlir məsələn, A1, B3, C6, F15 və s. Damanın üzərində sol düyməni bir dəfə vurmaq bir damanı aktiv edir, ardıcıl damaları aktiv etmək üçün sol düyməni basılı halda birincidən axrıncıya sürüşdürmək lazımdır. Ardıcıl olmayan damaları aktiv etmək üçün bir dama qeyd olunduqdan sonra Ctrl düyməsi basılı halda sol düymə ilə qalan damalar qeyd olunur. Ünvan sətri unvan vasitəsilə də damanı aktiv edə bilərik, bunun üçün sol düymə ilə ünvan sətri qeyd olunur, ünvan yazılır məsələn, C9 və Enter vurulur. Ardıcıl damalar : işarəsi ilə (məsələn, B4:E9), ardıcıl olmayanlar , işarəsi ilə (məsələn, A2,B5,C4,D8,F13) aktiv edilir.
sutunSütunun enini və ya sətirin hündürlüyünü dəyişmək üçün siçanın göstəricisini lazım olan iki başlığın arasına gətirmək və sol düyməni sıxıb saxlayıb çəkmək lazımdır. Bir neçə sütunu və ya sətri eyni ölçüyə gətirmək üçün həmin başlıqlar hamısı seçilir və hər hansı birinin ölçüsünü dəyişməklə hamısı bu ölçüyə gəlir. Aşağıdakı video materiala baxın:

Aşağıda gördüyünüz şəkildə sütun, sətir və vərəqə aid əməliyyatların izahını vermişəm.
Sütun və ya sətir başlığının üzərində siçanın sağ düyməsini vurun və aşağıdakı əməliyyatları yoxlayın:
Excelin işçi vərəqinin adının üzərində sağ düyməni vurun və əməliyyatları yoxlayın:
vereq
Əgər cədvəl çox böyükdürsə əvvəlini və axırını görmək üçün ortadakı sütunları və ya sətirləri gizlədə bilərik. Əgər vərəqdə məxfi məlumatlar varsa və siz də bu vərəqi gözdən gizli saxlamaq istəyirsinizsə, 2003 versiyasında Format menyusundan Sheet-Hide (Лист-Скрыть) seçməlisiniz. 2007 versiyasında isə bu işi vərəqin adı üzərində sağ düyməni vurub Hide (Скрыть) seçməklə edə bilərsiniz. 2003 versiyasında bu əməliyyatı vərəqin kontekst menyusuna əlavə etməyi unudublar. Gizli vərəqi aşkar etmək üçün həmin yerdən Unhide (Отобразить) seçmək lazımdır.
Əgər siz bütün cədvəli gizlətmək istəsəniz onda 2003 versiyasında Window-Hide (Окно-Скрыть), 2007 versiyasında View-Hide (Вид-Скрыть) seçə bilərsiniz. Gizlədilən kitabı görünən etmək üçün həmin yerdən Unhide (Отобразить) seçilir.
Gəlin kiçik bir cədvəl quraq. Təsəvvür edin ərzaq dükanımız var və bu dükanın həftəlik satış cədvəlini qurmalıyıq. Sizcə bu cədvəldə hansı başlıqlar olmalıdır? Düzdür, yuxarıda həftənin günləri, solda ərzaqların adları. Aktivliyi B1 damasına qoyun və böyük I hərfi yazın, bu rum rəqəmi ilə birinci deməkdir. Ardıcıl olaraq müvafiq damaları doldurun.
cedvel1
Əvvəlcə cədvəlin görünüşünü, yəni formatını qaydaya salaq. Cədvəldə gördüyünüz xətlər xəyali xətlərdir, yəni çap olunmayan. Xətlərin görünməsi üçün lazım olan damalar seçilməli və 4 vurulmalıdır. Zövqünüzə uyğun olaraq rəngləri təyin edin. Əgər çap edəcəksinizsə tünd rənglər verməyin.
Cədvəlin formatı təyin olunduqdan sonra faylı yaddaşa verək. Bunun üçün save düyməsini vurun, uyğun ad məsələn, dukan yazın, yaddaşa düşəcək yeri yadda saxlayın (yuxarıda) və Save (Сохранить) düyməsini vurun. Yaddaşa düşəcək qovluğu dəyişə də bilərsiniz. Fayl birinci dəfə yaddaşa veriləndə advermə pəncərəsi açılır, sonradan nə yazsanız save düyməsini vurmaqla bu faylın üzərinə yaddaşa gedir. Ehtiyat üçün tez-tez yaddaş düyməsini vurun. Əgər yaddaşda olan faylı başqa ad ilə və ya başqa yerə yaddaşa vermək istəsəniz, onda File-Save as (Файл-Сохранить как) pəncərəsini açmalı və yuxarıda qeyd olunduğu kimi etməlisiniz.
Əgər Office 2007 versiyasında işləyib yaddaşa versəniz, bu fayl Office 2003 versiyası olan kompüterdə açılmayacaq. 2007-nin 2003-də açılması üçün office düyməsindən Save as-Excel 97-2003 (Сохранить как-Книга Excel 97-2003) seçilməli, ad və yer qeyd olunmalı və Save (Сохранить) vurulmalıdır.


Yazını paylaş :

1 şərh:

Unknown комментирует...

Window-Hide (Окно-Скрыть)

 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger