Switch telekomunikasiya sahəsində əhəmiyyətli yeri olan bir avadanlıqdı. Çox böyük imkanlara malik olan Switch ilk dəfə 1990-cı ildə istifadəyə verilmişdir. Sonralar Switch-in müxtəlif formaları ixtira olundu. Forma deyəndə onların iş prinsiplərinin daha geniş imkanlara malik olması və yeni texnoloji əlavələrin özündə yer tapmasıdır. Switch-lər müxtəlif təbəqələrdə yerləşirlər(OSİ layers). Ümumiyyətlə Switch 2 təbəqədən tutmuş 7 təbəqəyə kimi müxtəlif iş prinsiplərini yerinə yetirirlər.
Məsələn
Layer-2: MAC addresslər sayəsində
Layer-3: İP və rouiting protocollar
Layer-4: Port və port range (tcp,udp)
Layer-7: veb keş, kontent sviçinq və s.
80/20.
Əvvəllər 10mb populyar vaxtında bu qaydaya xüsusi yer verilirdi
80% trafik daxili şəbəkədə digər 20% isə kənar resurslara ayrılırdı. Lakin tələblər bu qaydanı dəyişilməyə vardar etdi yəni 20/80 olaraq günümüzə gəlib çıxdı burada 20% daxili şəbəkədə qalan 80% isə kənar resurslara tərəf yönəldilmişdir. Bu o deməkdir ki, o zamanlar 80% trafikin daxildə qalması daha əlverişli hesab olunmuşdur yəni bu avadanlığın daha məqsədyönlü işləməsinə imkan yaradıb. Lakin, zaman keçdikcə istifadəçilərin daha çox kənara resusrlara ehtiyacı yaranır və buda həmin bu qaydanın əksinə işləməsinə gətirib çıxarmışdır. Kənar resurlar deyəndə bura daxili şəbəkədən kənar resurslar nəzərdə tutulur. Məsələn internet və digər şəbəkə resursları. Ümumiyyətlə Svitç yaranmamışdan əvvəl hamının istifadə etdiyi hub-dan istifadə olunurdu. Hub ilə Svitç demək olar kı, eyni fiziki görünüşə malikdirlər. Maraqlısı onların biri birindən fərqi və biri digərini bazardan çıxarmasıdır. artıq əminliklə deyə bilərəm ki, Hub deyilən məhsul müzeylərdə yerini tapmışdır onun yerini isə Svitç qürurla tutmuşdur. Hub iş prinsipi sadəcə ona gələn paketi digər portlara yönəltmək olmuşdur. Yəni komp A-dan gələn paket B-yə getməlidisə Hub həmin paketi həm B-yə həmdə ona qoşulu olan bütün komplara yönəldir. Məhz buna görə şəbəkədə toqquşma halları tez -tez baş vermişdir. Svitç daha ağıllı və mütəşəkkildi. Deyək ki, komp A-dan komp B-yə paket göndərilir bu halda svitç gələn paketin fiziki adresini (MAC-Media Access Control) adresini öz (CAM-Content adressable memory) yaddaşına yazır, bütün portlara paket göndırir ki, host A-nın göndərdiyi paketin yiyəsini tapsın . Hər hansısa bir portda yerləşən avadanlıq buna cavab verərsə o zaman həmin portdan gələn adresidə yaddaşına yazır. Bunun əsasında svitç təyin edir ki, göndərilən paket kimə və ya hansı portdan göndərilməlidir və bunun əsasında növbəti dəfə A-dan B-yə paket göndərilərsə yuxarıda göstərilən prosedur təkrarlanmayacaq. Əgər heç bir portdan cavab gəlməzsə onda həmin paketlər rədd edilir. Burdan sual çıxa bilər bəs toqquşmanın qarşısını necə alınır sviçlərdə. Bunun üçün ayrıca protokol yaradılmışdır ki, həmin toqquşmanı təyin etsin və aradan qaldırsın. CSMA\CD-Carrier sense multiple access with collision detection. Ezernet texnologiyasında toqquşma böyük rezonansa səbəb olmuşdur. Əgər bu tip metodlar yaradılmasaydı bu günə gəlib çıxan ezernet bəlkədə indiki populyarlığını qoruya bilməzdi. Bir neçə il əvvəl bu məsələ böyük bir problemə çevrilmişdir. O vaxtlar yarım dupleks səviyyəsində işləyən ezernet toqquşmaya şərait yaradırdı. Onun iş prinsipi yəni hər hansısa bir avadanlıq məlumat göndərmək istəyəndə mediaya qulaq asır əgər məlumat göndərən yoxdusa o zaman paketini göndərməyə başlayır. Eyni zamanda digər bir avadanlıq məlumat göndərərsə bu zaman toqquşma baş verir və şəbəkə kanalı yararsız hala düşür. Adı çəkdiyimiz texnologiya bu problemi aradan qaldırır, yəni toqquşma qeydə alınarsa onu ilk qeydə alan kompüter qarışıq siqnal göndərir və mediada hansısa qisa zaman dairəsində data göndərilmir və bunun nəticəsində toqquşma aradan qaldırılır.
Bu hal yalnız yarım dupleks (half-duplex)olan texnologiyada baş verir çünki, yeni texnologiyada tam dupleks (Full-duplex) olduğu üçün ümumiyyətlə aradan qaldırılmışdır. Yarım duplex yalnız bir tərəfli işləyir yəni kompüter ya göndərər yada gəbul edə bilər eyni vaxt bu işin hər ikisni yerinə yetirə bilməz, tam dupleksdə isə kompüter eyni vaxtda göndərə və qəbul etmə imkanına malikdi. Buna görədə Full-duplex olan şəbəkələrdə toqquşma qeydə alınmır.
Ardı var….
0 şərh:
Отправить комментарий