Ana səhifə » , » Texnologiya sahəsinin ən böyük şirkətləri 1 dəqiqədə nə qədər pul qazanır?

Texnologiya sahəsinin ən böyük şirkətləri 1 dəqiqədə nə qədər pul qazanır?

Texnologiya sahəsinin ən böyük şirkətləri 1 dəqiqədə nə qədər pul qazanır?

İngiltərə mənşəli bir texnologiya şirkətinin apardığı araşdırma, qlobal texnologiya şirkətlərinin çox qısa müddətdə əldə etdikləri gəlirləri müəyyən edib.

Həyatı asanlaşdıran hər şey texnologiyanın bir parçasıdır. Hər nə qədər texnologiyanın insanları oturaq həyata öyrəşdirdiyi söylənsə də, bu sahə sürətlə inkişaf etməyə davam edir. Texnologiya yeni kəşflərlə, hazır məhsulları inkişaf etdirməklə hər keçən gün öz əhatəsini və büdcəsini genişləndirir.

Bu sahənin dörd nəhəng şirkəti — “Apple”, “Samsung”, “Google” və “Microsoft”un 1 dəqiqəərzində qazandıqları pul da bu inkişafın sübutudur.

WordPay Zinc”in araşdırmasına görə, bir dəqiqə ərzində ən çox gəlir əldə edən şirkət 70 min dollarla “Apple”dır. Onun ardınca “Samsung”, “Microsoft” və “Google” gəlir.
Bu 4 böyük şirkətin 1 dəqiqədə əldə etdikləri mənfəət:

Apple: 70 818 $
Samsung: 54 640 $
Microsoft: 41 804 $
Google: 23 354 $

Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger