Google ilə bir əlaqəsi olmayan, lakin isveçli tələbələr tərəfindən bir Google servisi kimi tanıdılan Google Gesture xidməti ilə əlaqədar çəkilən video internetdə izlənmə rekordları qırır. Şagirdlər tərəfindən ortaya atılan xidmət videoda ətraflı şəkildə izah olunur.
İsveçrədə marketinq ixtisasi üzrə təhsil alan tələbələr tərəfindən hazırlanan Google Gesture videosunda biləyə taxılan sensorlu bir bilərzik sayəsində əzələ hərəkətlərinizdən istifadə mexanizmindən bəhs olunur. Bədən dilinin istifadəsi ilə yanaşı, sinxron səsli tərcümə imkanı da təmin edən Google Gesture xidməti xeyli maraq doğurur.