Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:
- LAN - Local Area Network (yerli sahə şəbəkəsi)
- WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)
- WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)
- MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)
- SAN - Storage Area Network, System Area Network, Server Area Network və ya bəzən Small Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)
- CAN - Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır)
- PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)
- DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi)
LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə yaradılmışdır və yəqin ki, bundan sonra da yeniləri yaradılacaqdır.
LAN
istifadə olunur. Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Nə qədər böyük deyən zaman mən aşağıda izah edəcəyim, yuxarıda siyahı formasında sadaladığım digər tipləri nəzərdə tuturam. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.
WLAN

WAN
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə olunur. Bu detalları hub vasitəsi ilə şəbəkə quraşdırmanı öyrənən zaman geniş şəkildə izah edəcəyik.
Digər tiplər
Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə şəbəkə dizaynlarıdır. Əsasən məqsədyönlü yaradılmışdırlar. Bəzi sahə şəbəkə tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə oluna bilər.
0 şərh:
Отправить комментарий