Son dövrlərin “telefonla dinlənilmək” məsələsi həm dövlət nümayəndlərini, həm də sadə vətəndaşları ən çox narahat edən mövzulardan biridir. Xəbəriniz olmadan dinlənilməkdən necə sığortalanmaq olar deyə düşünürsüzsə, kriptolu telefonlarından istifadə etmək də probleminizin həll yollarından biridir. Bəs Kriptolu telefon (Crypto phone) nədir?
Kriptolu telefon dinləmələrin və elektron müdaxilələrin qarşısını almaq üçün xüsusi olaraq şifrələnmiş şəkildə hazırlanan telefonlardır. Bu telefonların daxilində həm şifrələmə, həm də şifrələri açmaq əməliyyatlarını həyata keçirmək üçün xüsusi çip var. Bu çip sayəsində dinlənilmə ehtimalı xeyli azalır.
Bir çox dövlət məmurları və bürokratların istifadə etdiyi telefonlara yaxın zamanlarda sadə vətəndaşlar da sahib ola biləcək. Indiki kriptolu telefonlardan çox da fərqlənməyən telefon təhlükəsizliyinizi təmin etməyə kömək edəcək.2015-ci ildən Türkiyədə istehsalı üçün addımlar atılacaq, lakin tam olaraq nə zaman kütləvi şəkildə istifadəyə veriləcəyi məlum deyil.
0 şərh:
Отправить комментарий