Ana səhifə » , » "Instagram"dan yeni funksiyalar

"Instagram"dan yeni funksiyalar




Instagramda son yenilənmədən sonra bəzi dəyişikliklər edilib. «Kəşf etmək», axtarmaq funksiyalarını təkmilləşdirən proqram iconların görünüşündə də dəyişikliklər edib. Insanların ən çox maraqla qarşıladığı yeni funksiya isə yazını redaktə etmək seçiminin təqdim edilməsidir. 
iOS-da 6.2.0, Androiddə isə 6.10 olaraq təqdim edilən yenilənmələrdən ən əsas dördünü aşağıdakılardır. 



1.Yeni insanları kəşf etmək
Kəşf et bölməsində əvvəl yalnız günün ən maraqlı fotoları göstərilirdi. Yeniləmədən sonra bu bölmədə isifadəçi profilləri də seçim kimi təqdim ediləcək. 

2.Daha sürətli axtarmaq
Sosial şəbəkənin yenilənməsi axtarmağı tamamlamaq funksiyasını hazırlayıb. Beləliklə hərfləri yazmağa başladıqda sizə ən yaxın nəticələr göstəriləcək. 

3.Paylaşımları redaktə etmək
Yenilənmənin ən çox maraqla qarşılanan funksiyası isə sözsüz ki, paylaşımları redaktə etmək funksiyasıdır. Facebookda olduğu kimi İnstagramda da statusu redaktə etdikdən sonra “Düzəliş edildi” məlumatı qeyd edilir.

4.Yeni simvollar
Yenilənmiş Kəşf et və profil simvollarından başqa sosial şəbəkənin müxtəlif yerlərində də dəyişilmiş simvollarla rastlaşacaqsız.
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger