Sistem blokunun daxilində olan hissələr: ana plata (əsas plata), mikroprosessor (CPU), əməli yaddaş (RAM), keş, ROM, portlar, daimi yadaş qurğusu (sərt disk), dəyişən yaddaş qurğuları (Floppy, CD-ROM, Cart-Reader), güc bloku, batareya, şəbəkə kartı, video adapter, səs kartı, modem, TV-tuner və s.
Ana plata kompüterin əsas hissələrindən biridir, buna görə də ona əsas plata da deyilir. Ana platanın üzərində çoxlu qızılı rəngdə olan xətləri və müxtəlif çipləri görmək olar. CPU dərinliyi (socket), RAM üçün slot, BIOS, serial və paralel portlar, AGP və PCI yarıqları ana platanın üzərində yerləşir. Ana plata istehsal edən məşhur firmalar ASUS, Gigabyte, Intel.
CPU (Central Processor Unit) kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Təzə kompüterlərdə CPU- Core 2 Duo 2 Ghz. Core 2 Duo o deməkdir ki, prosessor 2 nüvəlidir və hər nüvəsinin sürəti 2 Ghz-dir. CPU çiplərini İntel və AMD firmaları istehsal edir.
RAM (Random Access Memory), başqa cür desək əməli yaddaş çox sürətli yaddaşdır, buna bəzən operativ yaddaş da deyirlər. Prosessor müvəqqəti olaraq proqramları və məlumatı RAM-da saxlayır və icra edir. Kompüter söndükdə RAM-da olanlar pozulur. Əməli yaddaşın tutumu Mb (meqabayt) və Gb (qiqabayt) ilə ölçülür. Müasir kompüterlərdə RAM 1024 Mb, notebooklarda isə daha yüksək olur.
CPU və RAM ikisi də güclü olsa, bu o deməkdir ki, kompüter çox güclüdür, ikisindən biri zəif olsa kompüter orta güclü sayılır, hər ikisi zəif olsa, yəni CPU Pentium 4 1.6 Ghz, RAM 128 Mb olarsa belə kompüter zəif sayılır.
Prosessor məlumatı böyük sürətlə kompüterin başqa qurğularına çatdırmalıdır. Adi əməli yaddaş bu sürətlə işləyə bilmir. Bununla əlaqədar keş adlanan xüsusi əməli yaddaş istifadə olunur. Keş prosessorun iş keyfiyyətini artırır. L1 adlanan keş prosessorun daxilində yerləşir, L2 adlanan ikinci keş prosessorda və yaxud ana platada yerləşə bilər. Müasir kompüterlərdə L2 keşin həcmi 2048 kb olur.
ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM ana plata üzərində yerləşən kiçik batareyadan qidalanır.
ROMun daxilində olan əmrlər bunlardır:
- POST (Power On Self Test) - kompüter qoşulduqda qurğuların elektrik enerşisinə qoşulmasını yoxlayır;
- CMOS (complementary metal-oxide semiconductor) - kompüterə yeni qurğu qoşulduqda məlumatları yeniləyir;
- BIOS (Basic Input/Output System) - avadanlıqlarla müxtəlif əməliyyatlar aparmaq üçün tətbiq olunur;
- BOOT (yüklənmə) - əməliyyat sistemi ilə bağlı olan əmrlər.
BIOS belə tərcümə olunur- əsas giriş-çıxış sistemi. BIOS xüsusi proqram təminatıdır və daimi yaddaşdan asılı olmayaraq işləyir. Kompüter açılarkən mərkəzi prosessor BIOSa müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir. BİOSda konfiqurasiyanın sazlanması üçün Setup adlı proqram olur, bu proqramda qurğuların səciyyəvi xüsusiyyətlərini təyin etmək olur. Setup-a girmək üçün kompüter açılan zaman DEL, bəzən F2, F10 və ya başqa düymələr basılı saxlanılır. Əgər BİOSda arzuolunmaz dəyişikliklər olunubsa, onda 'Load Setup Defaults' düyməsini vurmaqla əvvəlki vəziyyətə qaytara bilərsiniz.
CMOS RAM adlanan xüsusi yaddaş aşağıdakı məlumatları özündə saxlayır: Vaxt, tarix və başqa xüsusiyyətlər, klaviatura və siçan, CPU, keş, RAM, Yaddaş diskləri və s. BIOS və CMOS əmrləri yerinə yetirdikdən sonra prosessor başlayır əməliyyat sistemi yerləşmiş diski axtarmağa.
Adətən əməliyyat sistemi C diskində yerləşir. C hərfini kompüter daimi yaddaş qurğusuna, yəni sərt diskə verir. Sərt diskə əsas yaddaş qurğusu, vinçestr də demək olar. Daimi yaddaş qurğularını istehsal edən firmalar bunlardır: Samsung, Quantum, Seagate, Western Digital, Maxtor, Hitachi, Fujitsu.
Sərt disk RAMdan fərqli olaraq həcmi böyük, sürəti kiçik olur. İndiki sərt disklərin ölçüsü 160Gb, 240Gb, 320Gb olur. Sərt diski virtual olaraq bir neçə bölümə (partition) ayırmaq olar. Çox vaxt 1-ci bölüm C, 2-ci bölüm D adlanır. Əməliyyat sistemi və digər proqramlar C diskində, bizim istifadə etdiyimiz fayllar və qovluqlar isə D diskində yerləşir.
Optik yaddaş qurğuları
Optik yaddaş qurğuları CD və DVD disklərdir, optik disklərdə məlumat lazer şüası ilə oxunur. Maqnit disklərdən fərqli olaraq optik disklərin tutumu və ömrü çox olur. Optik disklərin bir neçə növü var: CD-ROM, CD-R, CD-RW, CD+RW, DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-RAM, HD DVD, Blu-Ray, AHD, HVD, AO-DVD, DMD, FMD-ROM.
0 şərh:
Отправить комментарий