Ana səhifə » » “Microsoft” korporasiyası aşkar edilmiş boşluqlara görə 100 min dollar ödəyəcək

“Microsoft” korporasiyası aşkar edilmiş boşluqlara görə 100 min dollar ödəyəcək


“Microsoft” şirkəti iyunun 26-da “Windows 8.1” əməliyyat sisteminin ilkin versiyasında boşluqların axtarışı üzrə proqram istifadəyə verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Amerika korporasiyası əməliyyat sisteminə quraşdırılmış müdafiəni “sındıran” şəxsə 100 min dollar təklif etməyə hazırdır.

Bundan başqa, platformanın yeni “sındırma” metodlarından müdafiəsi üçün ideyalara görə 50 min dollar ödəyəcək. “Microsoft”, həmçinin öz brauzerinə böyük diqqət ayırır. Şirkət “Internet Explorer 11” brauzerinin beta-versiyasında aşkar edilmiş kritik boşluqlara görə 11 min dollar ödəyəcək.


© İctnews
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger