
Masaüstü brauzerlərin populyarlığı üzrə yeni statistikaya əsasən, ötən ayda “Internet Explorer 11” brauzerinin payı iki dəfə artaraq 3,27% olub.
“Net Applications” analitik şirkətinin hesablamalarına görə, “Internet Explorer” (IE) brauzerinin bütün versiyalarının ümumi bazar payı 58,36% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, populyarlığına görə brauzerlərin reytinqində ikinci yerdə “Firefox” (18,54%) qərarlaşıb. Noyabrda axtarış nəhənginin həlli “Chrome” brauzerinin bazar payı 15,42-dən 15,44%-dək artıb.
Xatırladaq ki, “Net Applications” analitik şirkəti onun müştərilərinin saytına daxil olan unikal ziyarətçilərin sayını hesablayırlar.
(c)
“ICTnews”
0 şərh:
Отправить комментарий