
Mircamal Həşimov
Sabirabad
rayon Qasımbəyli kənd tam orta məktəbinin
Riyaziyyat
– İnformatika müəllimi.
Müasir zamanda bütün digər sahələrdə dəyişikliklər baş verdiyi kimi ,
təhsil sahəsində də , dərslərin
qurulmasında da dəyişikliklərin olması zəruridir. Çünki bizim sinifləri bitirən
şagirdlər aktiv həyata qədəm qoyarkən,
bu dəyişikliklərin olduğu mühitdə yaşayacaq və işləyəcəklər. Bu səbəbdən ,
qurulan dərslər- dövlətin , cəmiyyətin və
fərdin dəyişən təlabatlarına cavab verməklə, şagirdlərdə
milli və bəşəri dəyərlər formalaşdırmalıdır. Zaman-zaman riyaziyyat
haqqında mütəfəkkirlər, alimlər
dəyərli fikirlər səsləndirmişlər. Bilirik ki, riyaziyyat digər elmlərin açarı, elmlərin danişan dili, bir
sözlə həyata və fənlərə açılan
qapıdır.
Riyaziyyat fənni üzrə 5 məzmun
xətti vardır ki , bu məzmun
xətləri üzrə movzu və çalışmalar tematik qruplaşdırılıb. Həmçinin bu məzmun xətləri sadədən mürəkkəbə
doğru düzülmüşdür, yəni bu məzmun
xətlərinin yerini dəyişmək olmaz
və məzmun xətləri üzrə
alt standartların siniflər üzrə
bilik hissəsi genişlənir , fəaliyyət hissəsi isə
mürəkkəbləşir. Bu mürəkkəbləşmə xüsusi işçi
qrupu tərəfindən, şagirdin
fizioloji , psixoloji xüsusiyyətlətinə uyğun müəyyənləşdirilir. Riyaziyyat
fənni üzrə məzmun xətləri aşağıdakılardır.
·
Ədədlər
və əməllər
·
Cəbr
və funksiyalar
·
Həndəsə
·
Ölçmələr
·
Statistika və ehtimal
Bizim dərs
planı bu məzmun xətlərindən birincisini, Ədədlər və əməlləri özündə əks etdirir. Bildiyimiz kimi ədədlər
və əməllər məzmun xətti özündə ədədləri,
onlar üzərində əməlləri, ədədlərin qarşılıqlı
münasibətlərini cəmləşdirir.
Hazırladığım dərs nümunəsi də Çoxluqlar
mövzusuna aid olduğuna və riyaziyyatda
əsasən ədədlər çoxluğundan bəhs edildiyinə görə bu dərs planı şagirdlərdə ədədlər, onların
xüsusiyyətlərinə qruplaşdırılması və s. Məsələlərə aid bilik və
bacarıqların
formalaşdırılmasında yardımçı
olacaq.
Həyatı gözəlləşdirən
iki şey var : Birincisi riyazi
elmləri kəşf etmək, ikincisi onu tədris
etmək. Albert Eynşteyn.
Sizə bu gözəlliklər
diyarında, şərəfli müəllim yolunda
uğurlar arzu edirəm.
Çoxluq anlayışı,
sonlu və sonsuz çoxluqlar.Boş çoxluq
Mövzu: Çoxluq anlayışı,
boş çoxluq, sonlu
və sonsuz çoxluqlar.
Standart:1.1.3
Iki sonlu çoxluğun birləşməsini
və kəsişməsini tapır
Dərsin məqsədi:
·
Çoxluq
anlayışını şərh edir.
·
çoxluğa
aid ətraf aləmdən nümunələr göstərir.
·
boş çoxluğun tərifini verir,.
·
sonlu və
sonsuz çoxluqları nümunələrlə fərqləndirir.
·
Iki çoxluğun
kəsişmə və birləşməsini hesablayır
İnteqrasiya: Ata yurdu,
4.1.1.
Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri
müəyyən edir.
İş formaları: Böyük qrup,
kiçik qrup.
Üsullar: Ziq-Zaq.Klaster, T sxemi.
Resurslar
və təchizat:5-ci sinif
riyaziyyat dərsliyi, 5ci sinif ATA
yurdu dərsliyi, A4 vərəqlər,
flipchart vərəqləri, markerlər.
Dərsin mərhələləri:
Motivasiya: şagirdləri saymaq yolu ilə 4 qrupa bölürəm və aşağıdakı kimi tapşırıq verirəm:
Şəkildə
gördüyünüz fiqurlardan istənilən xüsusiyyətinə görə 3 qrup
ayırın. Bunun
üçün şagirdlərə 4
dəqiqə vaxt verirəm.
İstiqəmətləndirmək üçün ehtiyac olduqda aşağıdakı açar
sözlərdən istifadə edirəm:
·
Forma
·
Rəng
·
Oxşarlıq
Şagirdlər
fiqurları qruplaşdırdıiqdan
sonra , onlarda bu
qruplaşdırmanı hansı xüsusiyyətlərə görə
apardıqlarını soruşuamr. 3 dəqiqəlik
Müzakirədən sonra, şagirdlərə
qruplaşdırdıqları fiqurlar qrupuna ad
vermək tapşırıram. Hər qrup
öz fiqurlar qrupunu adlandırdıqdan sonra , mövzunu ümumiləşdirərək dərsin adının Çoxluq
olduğu elan edilir.
Bundan sonra
qruplara öz qrupları üçün, mövzuya uyğun ad seçmək tapşırıram. Qruplar özlərinə
ad seçirlər.
Və aşağıdakı
suallarla sinifə müraciət edirəm:
1.
əşyaları hansı
xüsusiyyətlərinə görə qruplaşdırmaq
olar ?
2.
ədədləri
hansı xüsusiyyətlərinə görə
qruplaşdırmaq olar?
(3 Dəqiqə)
Bu kiçik
müzakirədən sonra şagirdlərə Ziq-Zaq üsulu ilə tədqiqat tapşırıqları verirəm.
Tədqiqat aparmaq üçün şagirdlərə 8 dəqiqə vaxt verirəm
Və qrpulara aşağıdakı tədqiqat sualları verirəm :
1. Çoxluq
nədir, çoxluqlardan harda
istifadə oluna bilər
?
2. Boş çoxluq
nəyə deyilr ? Nümunələr göstərin! Boş çoxluq necə işarə olunur ?
3. Sonlu və
sonsuz çoxluqları nümunələrlə
izah edin.
4. Alt
çoxluq anlayışını izah edin! Nümunələr göstərin! İki sonlu çoxluğun kəsişməsi və
birləşməsi. Əməl
işarələri.
Tədqiqatı
Ziq-Zaq üsulu ilə həyata keçirirəm:
Tədqiqat aparmaq üçün şagirdlərə paylama vərəqləri verirəm:
Məlumat mübadiləsi: Ekspert qruplar araşdırmaları bitirdikdən sonra əsas qruplarına qayıdırlar.
Məlumatların
müzakirəsi və təşkili:
Qruplar topladıqları məlumatları qrupun
digər üzvləri ilə bölüşürlər (8 dəqiqə)
Müzakirə sualları:
Ø Riyaziyyatda çoxluqların elementi
nələr ola bilər?
Ø Çoxluqlar üzərində
hansı əməlləri yerinə yetirmək olar ?
Ø İki
çoxluğun üzərində hansı əməlləri yerinə
yetirərkən nəticə boş çoxluq
ola bilər ?
Ø Alt çoxluq anlayşını
izah edin !
Ø Çoxluqlar üzərində
əməllər. Əməl işarələri. (6 dəqiqə)
Yaradıcı tətbiqetmə
Müzakirələr bitdikdən sonra şagirdlərə iş vərəqləri
paylayıram. Şagirdlər əldə etdikləri
bilikləri məsələ həllinə tətbiq
edirlər.
Iş
vərəqləri:
(6 dəqiqə)
Nəticələrin çıxarılması:
Ümumiləşdirməni
klaster üsulu ilə həyata
keçirirəm. Klasterin mərkəzində ÇOXLUQ yazıram və
şagirdlər çoxluğa aid öyrəndikləri bütün anlayışları səsləndirirlər.Beləliklə
çoxluq anlayışı şaxələndirilir.
Açar sözlər:
v Çoxluğun növləri
v Çoxluq üzərində əməllər
v Çoxluğun elementləri
( 4 dəqiqə)
Dərs ümumiləşdirildikdən sonra şagirdlərə ev tapşırığı verirəm.
Ev
tapşırığı
Qiymətləndirmə və
refleksiya:
Qiymətləndirməni qruplararası və fərdi olaraq
2 formada aparıram:
Şagirdlərdə sosial kompetensiyaları qiymətləndirmək üçün Qruplararası qiymətləndirmə, dərsin məqsədlərinin hansı
səviyyədə reallaşmasını isə fərdi
qiymətləndirmə vasitəsilə müəyyənləşdirirəm
(3dəqiqə)
Fərdi qiymətləndirmə apararkən şagirdlər proyektorda bu videonu izləyirlər.
Qruplararası qiymətləndirmə:
Fərdi qiymətləndirmə:
Dərsə yekun vururam.
0 şərh:
Отправить комментарий