Kompüterin
proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün
istifadə olunan proqramlar kompleksi başa düşülür. Proqram təminatı sisteminin
yerinə yetirdikləri funksiyalara görə 2 hissəyə bölmək olar:
·
Sistem proqram təminatı
·
Tətbiqi proqram təminatı
Sistem proqram təminatı: kompüterdə informasiyanın
emal prossesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təyin
edir. Sistem proqram təminatına aşağıdakılar daxildir:
·
əməliyyat sistemləri
·
texniki xidmət proqramları
·
servis proqramları
·
proqramlaşdıma sistemləri
ƏS-informasiya emalının idarə
olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin
ədir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə
prossesinin avtomatlaşdırılması istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi
proqramın idarə edilməsidir. ƏS–lazım olan proqramı kompüterin yaddaşına
yükləyir və onu yerinə yetirilməsinə nəzarət ədir. ƏS yerinə yetirdiyi
funksiyalara görə 3 qrupa bölünür:
·
Bir məsələli (bir
istifadəçili)
·
Çox məsələli (çox
istifadəçili)
·
Şəbəkə
Bir məsələli
ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün
nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən
yaradılan MS-DOS – dur.
Çox məsələli
ƏS – kompüterdən multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv
istifadəni təmin edir. Bu tip ƏS-nə UNİX, Windows aiddir.
Şəbəkə ƏS – lokol və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və
şəbəkinin bütün resurslarına istifadəçinin müraciətini təmin edir.
Texniki
xidmət proqramları – kompüterin düzgün
işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. kompüterin işinə
nəzarət etmək üçün müxtəlif
üsullar mövcuddur. Bu
üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat-proqram
vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir.
Proqramla nəzarət test
proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Test
proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır.
Xüsusi
nəzarət proqramları – kompüterdən məsələlərin
həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən
müəyyənləşdirilmiş vəziyyətlərin asılılıqların və məhdudiyyətlərin
ödənib-ödənilməməsini yoxlayır. Bütün hallarda nasazlıqların xarakteri, mənbəyi
və bəzən də səbəbi haqqında ekrana və ya çapa məlumat təqdim edir.
Servis proqramlar – istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və ƏS-nin
imkanlarını genişləndirir. Servis proqramlarının yerinə yetirdikləri əsas
funksıyalar aşağıdakılardır:
·
İstifadəçi interfeysinin
təkmilləşdirilməsi;
·
Verilənlərin mühafizəsi;
·
Verilənlərin bərpası;
·
Xarici yaddaşla Əməli yaddaş
arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi;
·
kompüter virusları ilə mübarizə.
Servis
proqramları yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölünür:
·
Örtük proqramları;
·
Utilitlər;
·
Antivirus proqramları.
Tətbiqi proqram
təminatı: İstifadəçilərin hər hansı məsələlərin həll etmək
məqsədilə yaradılır. T.P.T sistemi proqram təminatının xüsusən əməliyyat
sisteminin idarəsi altında işləyir.
Tətbiqi proqram təminatı paketləri müəyyən olunmuş
məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır. Aşağıdakı bir-birindən
fərqli tətbiqi proqram paketləri var:
·
ümumi təyinatlı
·
üsul yönlü
·
problem yönlü
·
qlobal komputer
şəbəkələri üçün.
(ardı var...)
(ardı var...)
0 şərh:
Отправить комментарий