Ana səhifə » , , » Windows 8.1 açılarkən birbaşa İşçi stol açılsın

Windows 8.1 açılarkən birbaşa İşçi stol açılsın

1
Salam Əziz dostlar xoş gördük sizləri.Bildiyimiz kimi Windows 7 əməliyyat sistemi açılarkən bizi ilk olaraqİşçi stol qarşılayırdı.Amma təəssüflər olsun ki, Windows 8 əməliyyat sistemində kompüter açılarkən ilk olaraq qarşımıza Metro İnterface-i çıxır.Bundan sonra biz Desktop(İşçi stol) bölməsini Metro İnterface-dən seçərək İşçi stolumuzda müəyyən əməliyyatları yerinə yetirə bilirdik.Windowsun yeni  buraxılışı olan Windows 8.1 əməliyyat sistemidə açılarkən Metro İnterface-i bizi qarşılayır,lakin əməliyyat sisteminin bu buraxılışı bizə imkan verirki biz kompüterə ilk logon olarkən bizi İşçi stol qarşılasın.Bunu etmək üçün aşağıdakı addımları izləyək:
Siçanın sağ düyməsini Alətlər panelində sıxaraq açılan kontekst menyudan Properties bölməsini seçirik.
2
Bizi Taskbar and Navigation properties pəncərəsi qarşılayacaqdır.Bu halda biz Navigation bölməsini seçirik.
3
İndi isə komputerimizin ilk açılışında bizi işçi stolun qarşılaması üçün When I sign in or close all apps on a screen,go to the desktop instead of Start yazısının qarşısındakı işarəni qeyd edirik.Sonra isə Apply və OK düymələrini sıxaraq prosesi sonlandırırıq.
4
Kompütermizi yenidən başladsaq bizi ilk olaraq İşçi stol qarşılayacaqdır.Hesab edirəm yararlı məqalə oldu.Gələn məqalələrdə görüşmək ümüdi ilə..


(c) http://www.technet.az/
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger