Excel sənədimizin içində bir və ya bir neçə Sheet açaraq, onların içinə informasiya qeyd edə, müxtəlif əməliyyatlar apara və saxlaya bilərik. Bəzən Bir Excel kitabın içindəki Sheet-ləri ayrılıqda save etməli oluruq. Bu zəhlə tökən və uzun-uzadı bir işdir əgər Excel kitabımız və içindəki sheetlər çoxdursa. Bu dərslikdəki üsulla vaxtınıza və əsəbinizə qənaət edə biləcəksiniz .
Yazılı izahat:
1. Bir qovluq açıb excel faylınızı ora atın. Çünki Sənədin içindəki sheetlər məhz faylın yerləşdiyi qovluqda yaradılır bu VBA kodla. Başqa fayllar çox olduğu yerdə etsəz aləm bir-birinə qarışa bilər.
2. ALT + F11 düymələrini basın “parçalayacağınız” excel sənədin içində, Microsoft Visual Basic for Applications açılacaq.
3. İnsert menyusunun alt menyusu olan Module-a daxil olun. və açılan pəncərəyə altdakı VBA kodu yapışdırın(Paste).
4. F5 düyməsini basın. Bu qədər sadə
VBA code:
1
2
3
4
5
6
7
8
9
10
11
12
| Sub Splitbook()MyPath = ThisWorkbook.PathFor Each sht In ThisWorkbook.Sheetssht.CopyActiveSheet.Cells.CopyActiveSheet.Cells.PasteSpecial Paste:=xlPasteValuesActiveSheet.Cells.PasteSpecial Paste:=xlPasteFormatsActiveWorkbook.SaveAs _Filename:=MyPath & "\" & sht.Name & ".xls"ActiveWorkbook.Close savechanges:=FalseNext shtEnd Sub |
Araz Ayyubov Technet

0 şərh:
Отправить комментарий