Ana səhifə » , » "Facebook"dakı oyun dəvətlərindən bezmisiz???

"Facebook"dakı oyun dəvətlərindən bezmisiz???



«Facebook»da oyun oynamaq istəsək də bu həvəsimizi qıran bəzi maneələr yaranır. Məsələn, oyun istəkləri. Hər dəfə hesabımıza daxil olduqda qarşımıza çıxan dəvətlər bir müddət sonra bizə maraqsız, yararsız və lazımsız bildirişlər kimi görünür. Əslində bu bildirişləri Facebook dostlarımız oyun oynayarkən sonrakı səviyyəyə keçmək üçün
göndərir. Lakin oyunlardan və dəvətlərdən xoşu gəlməyən insanlar üçün bu çox narahatedici haldır. Həmçinin bu dəvətlər sadəcə oyunlarla əlaqəli deyil. Facebookda təşkil edilən tədbirlərdən də belə dəvətlər alırıq. 

Bəs bu bildirişləridən tamamilə qurtulmaq mümkündürmü? Bəli, buyurun bu bildirişlərdən birdəfəlik xilas olmağın yolu: 

Mərhələ 1 — Əgər bir tədbir, ya da oyun dəvəti alırsınızsa, ilk olaraq bildirişi görmək üçün bildirişlər bölməsinə klikləyin. Daha sonra gələn bildirişin sağındakı “X” işarəsi görəcəksiniz. Həmin işarəyə kliklədiyiniz zaman Facebook sizə həmin şəxsdən gələn bildirişləri bağlamaq istəyib-istəmədiyinizi soruşur. Bu halda “Bağla”, ya da “Bağlama” seçimlərini seçə bilərsiniz. Lakin bu keçici variantdır. 

Mərhələ 2 — Əgər bildirişləri ləğv etmək üçün daha yaxşı yol axtarırsızsa, o zaman Facebookun parametrlərində bəzi dəyişikliklər etməlisiniz. Bunun üçün yenə bildirişlər bölməsinə gələrək parametrlərə daxil olursunuz. Gələn səhifənin solunda “Əngəlləmə” bölməsi var. Bu bölmənin daxilində”proqram dəvətlərini əngəllə”, “tədbir dəvətlərini əngəllə” adlı iki ayrı bölmə var. 

Bu bölmələrə girdikdə seçdiyiniz dostunuzdan hər hansı bir tədbir yaxud oyun dəvətini əngəlləyə bilərsiniz. “Proqramları əngəllə” hissəsindən isə əngəlləmək istədiyiniz proqramı seçirsiniz.
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger