Ana səhifə » , » İnternet tarixinin ən təhlükəli 5 virusu

İnternet tarixinin ən təhlükəli 5 virusu



Kompüter virusları illərdir ki insanlara problem yaradaraq maddi və mənəvi zərər verir. Bu viruslardan ən təhlükəli və ən çox zərər verənləri isə aşağıdakılardır:


1.Iloveyou
Bu indiyə qədər hazırlanmış ən kəskin kompüter virusu hesab olunur. Virus kompüter sistemlərinə ümumilikdə təxminən 10 milyard dollar zərər verib. Dünyada internetlə əlaqəsi olan hər yüz kompüterdən 10-nun virusa bulaşdığı deyilir. I love you virusunu iki Filippinli proqramçı Renoel Ramones və Onel de Qusman hazırlayıb.

2. Code Red

2001-ci ildə üzə çıxan virusu iki eEye Rəqəmsal Təhlükəsizlik əməkdaşları kəşf edib. Virusun adına gəlincə, onu hazırlayanlar virusu kəşf edən zaman “Code Red Mountain Dew” adlı içki içdikləri üçün belə adlandırılıb. Virusdan 2 milyona yaxın istifadəçi ümumilikdə 2 milyard dollar zərər çəkib.

3. Melissa

Floridlalı eqzotik rəqqasənin adı verilən virusu 1999-cu ildə Devid Smith adlı proqramçı hazırlayıb.Pornoqrafik saytlar üçün şifrələri olduğu deyilən verus elektron poçt vasitəsilə hər insanın 50 dostuna göndərilərək çox sürətlə yayıldı. Nəhayət Smit yaxalandı. 150 saat ictimai iş, 20 ay həbs və 5000 dollar pul cezası aldı. Virusun verdiyi maddi zərər isə düz 80 milyon dollardır.

4. Sasser

Ilk dəfə 2004-cü ildə kəşf edilən vindovs virusunu kompüter elmləri tələbəsi olan Sven Jaçan hazırlayıb. Virusun bulaşdığı kompütrlər əvvəlcə zəifləyir, sonra isə çökür. Milyonlarla kompüterə bulaşan virus böyük zərər verdi. Virus həmçinin avtomatik olaraq internet vasitəsilə digər kompüterlərə də bulaşa bilir. Bir milyondan çox kompüterə keçən virus əsasən aeroportlar, xəbər agentlikləri, ictimai nəıqliyyat, xəstəxana kimi yerlərə ciddi zərər verdi. Təxminən 18 milyard dollar zərər verən virus üçün Jaçen yaşı az olduğuna görə 21 ay etələnmiş həbs cəzası aldı.

5. Zevs

Müxtəlif növ fəaliyyətləri olan bu virus Vindovs əməliyyat sistemi üçün hazırlanmış “Troya atı” dır. Kompüterlərin çoxu virusa yükləmələr vasitəsilə yoluxub. Ilk dəfə 2009-cu ildə məlum olan bu virus ABŞ-da 1 milyondan çox kompüterə 70 milyon dollar ziyan verib. Zevs virusuna görə ümumilikdə 100 nəfər həbs olunub.




Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger