Ana səhifə » , » Azərbaycana həsr olunan iPhone modelləri təqdim olundu

Azərbaycana həsr olunan iPhone modelləri təqdim olundu

Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib. buro247.az-ın məlumatına əsasən, modellər arasında Azərbaycana həsr olunanı da var. 

Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir. 


Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində «Azerbaijan Land of Fire» cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur. Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək. 
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger