Ana səhifə » , , » Windows Phone mağazalarındakı tətbiqlərin sayı 500000-i keçib

Windows Phone mağazalarındakı tətbiqlərin sayı 500000-i keçib


Microsoftun “Microsoft by the Numbers” saytında şirkətin müxtəlif məhsulları ilə bağlı müxtəlif statistik məlumatlar paylaşılır. Son olaraq burada Windows və Windows Phone mağazaları ilə bağlı statistika paylaşılıb. 

Məlumata görə, hazırda Windowsun mağazasında 525 min tətbiq mövcuddur və hər gün bu rəqəmə yüzlərlə yenisi əlavə edilir.


Məsələ ilə bağlı fikirlərini bildirən barədə şirkət nümayəndəsi bu statistikanın sentyabrın sonuna aid olduğunu, indi 527 min tətbiqin mağazada yer aldığını bildirib. Bu isə o deməkdir ki, 1,5 ay ərzində daha 2 min yeni proqram mağazaya əlavə olunub. 

Mağazadakı tətbiqlərin sayının yarım milyonu keçməsi şirkət üçün olduqca böyük addım olsa da, Windows hələ də rəqiblərindən çox geri qalır. Google Play ve AppStore-un açıqladığı məlumatlara görə, hər iki şirkətin tətbiqlərinin sayını 1,5 milyona çatdırmağa çalışırlar.
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger