Facebook insanların iş və şəxsi həyatını tamamilə bir-birindən ayırmağa hazırlaşır. Bu haqda məşhur iqtisadiyyat qəzeti olan Financial Times-da məlumat verilib.
Məlumata görə, Facebook istifadəçilərin sadəcə iş üçün istifadə edəcəyi «Facebook at Work» adlanan platforma hazırlayır.
Yeni platformada indi istifadə etdiyimiz Facebook kimi xəbər lenti, qruplar və mesajlaşma funksiyaları ilə birlikdə həm də iş adamlarına birlikdə işləmək imkanı yaradacaq. Yenə də məlumatlar paylaşıla biləcək.
Qısacası sosial şəbəkə Slack və Basecamp kimi saytlara rəqib olaraq kiçik, orta və iri şirkətə öz yeni xidmətlərini təklif edəcək.
Məsələ ilə bağlı açıqlama verməyən Facebookun «Facebook at Work» xidmətinin hazırda ilkin mərhələsində olduğu və reklamsız olaraq insanlara təqdim ediləcəyi gözlənilir.
«Facebook at Work»un abunəlik sistemi ilə işləyərək şirkətə ciddi maliyyə mənbəyi rolu oynaya biləcəyi gözlənilir. Lakin bununla yanaşı, bir çox iş yerlərində Facebookdan istifadə etməyə qadağa qoyulduğu da məlumdur. Facebookun sırf işə yönəlmiş bu versiyasıyla bu maneəni aşa biləcəyi düşünülür.
0 şərh:
Отправить комментарий