Ana səhifə » » Exceldə funksiyalar

Exceldə funksiyalar

siqma
Funksiyalar çoxdur, bu məqalədə beşi haqqında danışacağıq. Ən çox istifadə olunan və sadə 5 funksiyanın adını Excelin yuxarı panelində görə bilərsiniz.
İndi isə gəlin nümunə kimi götürdüyümüz dükan cədvəlinə bu funksiyaları tətbiq edək. İndi ədədlərin cəmini funksiya vasitəsilə tapacağıq. Bunun üçün SUM (Сумма) funksiyası tətbiq edilir. Qaydası belədir:
1. Cəmi görmək istədiyiniz damanın üzərində siçanın sol düyməsini bir dəfə vurun,
2. Şəkildə oxla göstərilən düyməni açın və SUM (Сумма) seçin, cəm funksiyası üçün düyməni açmadan birbaşa üzərində vurmaq da olar və ya qısa yol Alt və = düymələr kombinasiyasıdır,
3. Damalar avtomatik aktiv olacaq, əgər istədiyiniz kimi aktiv olmasa bunu öznüz edə bilərsiniz,
4. Sonda klaviaturanın Enter düyməsi vurulur.
Bir damada cəmi tapdıqdan sonra məntiqi nöqtəni dartmaqla (əvvəlki dərslərdə bu barədə yazılıb) eyni əməliyyatı digər damalara köçürmək olar. Öyrənmək məqsədilə bu əməliyyatı hər dama üçün təkrar etsəniz yaxşı olar.
Siyahıda ikinci funksiya Average (Среднее) funksiyasıdır, bu funksiya ədədi ortanı, ticarət dili ilə desək orta satışı göstərir. Məsələn, düyünün satışı bazar günü 56 manat təşkil edirsə buna əsasən deyə bilmərik al-ver yaxşı gedir və əksinə, əgər cümə günü 22 manatlıq düyü satılıbsa buna görə qəmgin olmamalıyıq. Həftənin günləri üzrə orta satışı çıxardıqdan sonra bilmək olar bu həftə al-ver necə olub.
Siyahıdakı funksiyaların istifadə qaydası eynidir. Bu siyahıda Count (Число) funksiyası rəqəm yazılmış damaların sayını göstərir. Məsələn, həftənin neçə günü dükan işləyib, və ya mal-məhsuldan neçə gün satılıb.
Növbəti funksiyalar uyğun olaraq ən böyük (Max) və ən kiçik (Min) rəqəmi göstərir.
Qeyd olunan funksiyaları eyni qayda ilə tətbiq edin və yoxlayın, səhv olarsa bir də yoxlayın. Özünüzdən cədvəl fikirləşib qurun və bu funksiyaları həmin cədvələ tətbiq edin.
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger