Word proqramı ilə hamı azdan-çoxdan tanışdır. Bu məqalədə və sonra sizə təqdim edəcəyim məqalələrdə çalışacağam maraqlı və lazımlı məlumatlar verim.
Word proqramı peşəkar mətn redaktorudur, yəni mətn yazmaq və mətn üzərində peşəkar işlər görmək üçün proqramdır. Standart mətn proqramı WordPad-dır, bu barədə əvvəlki məqalədə yazmışam. WordPad proqramı bütün kompüterlərdə olur, Word isə sonradan yazılan proqramdır. Sual yarana bilər ki, WordPad varsa Word niyə istifadə olunur? Sualın cavabı belədir - Word-də gördüyümüz işləri WordPad-da görmək mümkün deyil.
Microsoft korporasiyası Windows əməliyyat sistemi ilə yanaşı Ofis proqramlar paketi adı altında tətbiqi proqramlar yazıb istifadəyə buraxıb, bu proqramlar müxtəlif işləri əhatə edir və bir-biri ilə sıx əlaqəsi var, hamısının interfeysi oxşardır. Bunlardan biri də Word proqramıdır.
Word proqramının hal-hazırda istifadə olunan versiyaları 2003 və 2007 versiyalarıdır. 2003 versiyasından daha çox istifadə olunduğu üçün hər iki versiyanı müqayisəli şəkildə öyrənməyə çalışacağıq.
Proqramın pəncərəsində yuxarıda menyu sətrini görürük, 2003 versiyasında çox işlənən əməliyyat düymələrini alətlər panelinə yığıb menyudan aşağıda yerləşdiriblər. Bu panellərin adını View-Toolbar (Вид-Панели инструментов) menyusundan görmək olar. 2007 versiyasında menyunun üzərində vuranda alətləri görmək olur, bu versiyada əvvəlkindən fərqli olaraq alətlər paneli əlavə etmək olmur. Bunun əvəzində "Настройка панели быстрого доступа" siyahısından çox işlənən alətləri əlavə etmək olar. Daha çox alət görmək üçün "Другие команды" seçilməlidir.
Proqramın 5 görünüş rejimi var, hər iki versiyada View (Вид) menyusunda yerləşir. Bizə lazım olan rejim Print Layout (Разметка страницы) rejimidir. Görünüş rejimini məlumat sətrindəki düymələr vasitəsilə də dəyişmək olar.
İş sahəsində A4 ölçülü səhifə görürük, səhifənin yuxarı və sağ tərəfində xətkeş yerləşir. Xətkeş aktiv və passiv hissələrdən ibarətdir. Əksər hallarda A4 ölçüdən istifadə olunduğu üçün və printerə belə kağız qoyulduğu üçün Word proqramını açarkən belə səhifə iş sahəsinə gəlir. Səhifənin bu cür görünüşü Print Layout (Разметка страницы) rejimində mümkündür. Səhifənin ölçülərini dəyişmək olur.
Hələlik bu qədər, davamı olacaq.
0 şərh:
Отправить комментарий