Ana səhifə » » Makrosların aktiv edilməsi

Makrosların aktiv edilməsi



Salam dəyərli həmkarlar. Bu dəfə sizə Office paketində "Makrosların aktiv edilməsi" və ya Makroslarla təhlükəsizliyin söndürülməsini izah edəcəm. \
İlk öncə  bunu vurğulamaqda fayda görürəm ki, niyə  makroslar avtomatik  açıq olmur ?
Səbəb sadədir.  Makroslar və  ya kodlar Visual  Basic  proqramında  yığılmış və  sənədin  içərisində  kompüteri  avtomatik müəyyən əmrləri yerinə  yetirməyə əmr  verən kodlardır. Bu isə o deməkdir  ki, makroslarla və  ya VB kodlarla kompüterə  ziyan vurula  bilər. Bu səbəbdən makroslar aktiv olmur. Əgər siz  hər hansı təqdimatı və  ya  vord , excel sənədini güvəndiyiniz  birinin hazırladığını  bilirsizsə, makrosları aktiv edib, o sənədi bütünlüklə  istifadə  ed bilərsiniz.


Keçək əsas məsələyə.

1-ci addım.
Fayl menyusunu açırıq və Параметры bəndini seçirik.



2-ci addım.
Açılan pəncərədə Центр управления безопастностью seçirik


3-cü addım.
Yeni açılan pəncərədə Параметры центр управления безопастностью seçirik


4-cü addım.
Növbəti pəncərədə Включить все макросы seçib OK sıxın.


Hazırdır. Artıq siz də makroslarla hazırlanmış sənədi  istifadə  edə bilərsiniz.
QEYD:Bu nizamlamaları  hər bir proqram üçün (vord,excel, poverpoint) etməlisiz. Hər proqramda edilən nizamlamalar, yalnız  həmin  proqrama aiddir.
Növbəti  dərslərədək. Uğurlar hamıya :)


Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger