“Bu illər ərzində Azərbaycanda ingilis dili müəllimlərinin peşəkar inkişafı sahəsində əhəmiyyətli layihələr həyata keçirilib. Məhz yeni texnologiyaların tətbiqini, müəllimlərin inkişafı sahəsində innovasiyaların tətbiqini Azərbaycana, bizim təcrübəmizə Britaniya Şurası gətirib və bu, çox əlamətdardır. Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr çərçivəsində ölkəmizdə 3 mindən yuxarı ingilis dili müəllimi məhz öz peşəkarlıq səviyyəsini artırıb və bu işlər hazırda davam etdirilir. Yeni başladığımız bu layihə də həyata keçirilmiş layihələrin davamı kimi qiymətləndirilir və yaradılmış etibarlı baza üzərində uğurla həyata keçiriləcək bir layihədir”.
Nazirlik rəsmisi gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilərək, digər fənn müəllimlərinə də şamil ediləcəyini vurğulayıb:
“İngilis dili müəllimlərinin sertifikatlaşdırılması Azərbaycanda ilk təcrübə kimi çox faydalıdır və bu ilk təcrübədən yararlanaraq, Təhsil Nazirliyi gələcəkdə bütün müəllimlərin peşəkar inkişafı və sertifikatlaşdırılması sahəsində əhəmiyyətli təcrübə əldə edəcək. Biz inanırıq ki, bu sertifikatlaşdırma prosesinə ilk növbədə Azərbaycanda ingilis dilinin intensiv tədrisi layihəsinin həyata keçirildiyi 50 məktəbin müəllimləri cəlb ediləcəklər və biz gözləyirik ki, həmin müəllimlər bu prosesdə fəal iştirak edərək, öz peşəkarlıq səviyyələrinin yüksək olduğunu nümayiş etdirəcəklər. Bizə verilən məlumata görə, layihə ilkin mərhələdə 100 nəfər müəllimi əhatə edəcək və sonra növbəti mərhələlərdə onların sayı 300-ə çatdırılacaq. Əlbəttə, bu, say baxımından az görünə bilər, ancaq ilk təcrübə kimi qeyd edim ki, çox faydalıdır. Bu 300 müəllim Azərbaycan təhsilində sertifikatlaşdırılmadan keçmiş ilk müəllimlər olaraq, bizim müəllim heyətinin keyfiyyətinin yüksəldilməsində çox böyük, əhəmiyyətli rola malik olacaqlar. Bu mənada bir daha Britaniya Şurası, Təhsil Nazirliyi, “Microsoft” şirkəti, “Mədəd” təşkilatı tərəfindən birgə həyata keçirilən bu layihənin xüsusi əhəmiyyətini qeyd edərək, Təhsil Nazirliyi olaraq, biz bu layihəyə bütün dəstəyimizi verməyə hazırıq. Gələcəkdə də belə layihələrin Britaniya Şurası ilə birgə həyata keçirilməsi istiqamətində çalışmaqdan məmnunuq”.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində seçiləcək 300-ə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. “Microsoft” layihə iştirakçılarını “Microsoft Texnologiyalarla Tədris” məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün “Office365” mühitinin yaradılmasına dəstək göstərəcək.
“British Council” Cambridge ESOL “TKT Essentials Test”-nə (Tədris Bilik və Bacarıqları üzrə İmtahan) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. “Mədəd Azərbaycan” bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək.

© İctnews
0 şərh:
Отправить комментарий