“The Korea Times” nəşri yazır ki, “Samsung” şirkəti tədricən “Android” platformasından imtina edərək öz “Tizen” əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda “Samsung Electronics”in prezidenti Xon Von Pio deyib.
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, “Samsung” şirkəti "Tizen” platforması ilə işləyən qurğuların istehsalına mümkün qədər tez başlayacaq. Nəticədə Cənubi Koreya şirkəti öz ekosistemini formalaşdıracaq. Nəşrin eksperti hesab edir ki, bu tədbir şirkəti "Google”dan sonrakı dövrə hazırlayır. “The Korea Times” nəşri dəqiqləşdirir ki, “Tizen” platforması “Linux” əməliyyat sistemi əsasında işləyəcək.
“Tizen” “Linux” əsasında işləyən əməliyyat sistemidir. Smartfon, planşet və avtomobil kompüterlərində quraşdırılmaq üçün nəzərdə tutulub. “Linux Foundation” çərçivəsində “Samsung”, “Intel” və başqa şirkətlərin birgə layihəsidir.