Ana səhifə » » "Apple Watch" və "Apple Pay"

"Apple Watch" və "Apple Pay"



Məlum olduğu kimi, dünən təşkil olunan mərasimdə Apple-nin yenilikləri yalnız yeni iPhone modelləri ilə məhdudlaşmayıb. Belə ki, mərasimdə, həmçinin, Watch smart saatı və Apple Pay mobil ödəniş sistemi də nümayiş olunub.



Apple Watch 

Bu cihaz nəbzi ölçməyə imkan verir, idman, hava və naviqasiya tətbiqlərini dəstəkləyir, saat sahiblərinə öz aralarında əlaqə yaratmağa icazə verir. Həmçinin kənar istehsalçının proqram yaratması üçün “WatchKit” tərtibatçı dəsti nəzərdə tutulub.

Məsələn, saat sahibi dayanacaqda saxlanmış maşınını tapa bilər. “Apple”ın baş direktoru Tim Kuk deyib ki, “Watch” smart saatından “Apple TV”-nin idarəetməsində istifadə edir.

Apple saatları iki ölçüdə tədarük ediləcək və üç modifikasiya mövcuddur: Apple Watch, Apple Watch Sport və Apple Watch Edition. Modellər 18 karatlıq qızıl örtüyə malik olacaq. 2015-ci ilin əvvəlində satışlarına başlanılacaq saatın qiyməti isə 349 dollar civarında olacaq.


Apple Pay

Bu sistem istifadəçilərə MasterCard, Visa və American Express kartlarındakı məlumatları Passbook əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkanı yaradacaq. Ödəniş iPhone 6 modelinə quraşdırılan NFC çipi vasitəsilə həyata keçirilir.

Apple Pay vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda Apple-ın ödəniş servisi «McDonalds», «Apple Store», «Walgreens», «Macy's», «Disney» və digər mağazalar tərəfindən tanınır. Ödəniş funksiyalarını yeni iPhone modelləri ilə yanaşı, iWatch saatları dəstəkləyəcək.





(c) technimum

Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger