Ana səhifə » , » iOS 8 sistemi üçün yeni pulsuz Azərbaycan klaviaturası

iOS 8 sistemi üçün yeni pulsuz Azərbaycan klaviaturası

Azerbaijan Keyboard
Dünən qeyd etdiyimiz kimi, iOS 8 üçün Azərbaycan klaviaturası Azərbaycanlı olmayan developerlər tərəfindən hazırlanmışdı. Klaviatura pullu idi. Əldə etmək üçün 0.99 dollar ödəmək lazım gəlirdi.

Bu gündən etibarən App Store yeni Azərbaycan klaviaturası yerini aldı. Siz App Store-da "Azerbaijan Keyboard" yazaraq da tətbiqi axtara bilərsiniz.
Tətbiq Labrin komandası tərəfindən Yüksək Texnologiyalar Parkının, Biznes İnkubasiya Mərkəzində hazırlanmışdır. Dünən qeyd etdiyimiz tətbiqdәn fərqli olaraq isə App Store-dan pulsuz olaraq endirmək mümkündür. Qeyd edək ki, komanda daha əvvəl də Android telefonlar üçün Azərbaycan klaviaturası hazırlamışdı
Azerbaijan Keyboard tətbiqi ilkin versiya ilə App Store-da yerini alıb. Çox qısa müddət ərzində tətbiqin daha sürətli və istifadəçilərin şərhləri nəticəsində olan düzəlişləri edilmiş versiyası ilə yenilənəcək.

Endirmək üçün keçid linki: — https://itunes.apple.com/us/app/azkeyboard/id927438721
Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger