Ana səhifə » , » Ən yaxşı fotokameraya malik smartfon hansıdır?

Ən yaxşı fotokameraya malik smartfon hansıdır?



Əvvəllər smartfon alarkən telefonun xarici görünüşünə-qapaqlı, açıq, slayd olub-olmamasına baxılırdısa, indi prosessorun gücü, batareyanın dayanıqlılıq müddəti, incə və yüngül olmaq xüsusiyyəti və əlbəttə kamera funksiyasına diqqət edilir. Phonearena saytı isə kəskin rəqabətin yaşandığı smartfon bazarında ən yaxşı kameraya sahib telefonu seçmək üçün internet istifadəçiləri arasında sorğu keçirib.

Yeni nəsil smartfonlarla eyni işıqda və məkanda eyni əşyanın fotoşəkilini çəkən Phonearena, nəticələri öz saytında yerləşdirib. Sorğunun nəticələrinə əsasən, iPhone 6, Galaxy Note 4, Galaxy S5, Sony-nin Xperia Z3 və LG G3-dən ibarət siyahının qalibi Samsungun Galaxy Note 4 modeli olub.


Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger