Ana səhifə » , » Riyazi məsələlərinizin asan həlli

Riyazi məsələlərinizin asan həlli



İstifadəçilərin çox maraqla qarşılayacağını düşündüyümüz yeni mobil tətbiqetmə olan PhotoMath proqramı ilə istifadəçilər riyazi suallarını çox asanlıqla cavablaya biləcəklər. Kameranı sualın üzərinə gətirdikdən bir an sonra tətqbiqetmə cavabı göstərir. Ardınca mərhələli olaraq məsələnin həlli yolunu izah edir. Bunu etmək üçün sualın hətta şəklini belə çəkmək lazım deyil. Tətbiqin ən gözəl cəhəti isə hər şeyi bir anda reallaşdırmasındadır. 


Tətqbiqetmə hələ beta mərhələsində olduğu üçün əl yazısı dəstəyi yoxdur. Qeyd edək ki, proqramı bu il ikincisi təşkil edilən TechCrunch Disrupt Europe-nin Londonda keçirilən tədbirində MikroBlink şirkəti təqdim edib.

PhotoMath-i pulsuz olaraq iOS və Windows Phone-a yükləyə bilərsiniz.

Yazını paylaş :
 
Veboxu | Copyright © 2014. Kompüter haqqında hər şey -Bütün hüquqlar qorunur
Published by Miri Haşim
Blogger